Əsas Səhifə > Siyasət > Eldəniz Quliyev ReAL Partiyasını aşağıladı - Qarşı tərəfdən CAVAB
Eldəniz Quliyev ReAL Partiyasını aşağıladı - Qarşı tərəfdən CAVAB27-04-2020, 22:40 |
Ali Məhkəmənin Plenumunun ReAl partiyasının sədri İlqar Məmmədov və partiyanın İdarə Heyətinin üzvü Rəsul Cəfərov barəsində bəraət qərarı çıxarması günlərdir müzakirə edilir. Xüsusilə, İlqar Məmmədova 234 min, Rəsul Cəfərova isə 57 min 400 manat kompensasiya təyin edilməsi tənqidlərə səbəb olub. Bununla bağlı digər müxalifət partiyalarının nümayəndələri də sərt fikirlər səsləndirirlər. Xüsusilə, AXCP-dən ibarət olan Milli Şura tərəfdarları sosial şəbəkələrdə məlum hadisə ilə bağlı ittihamlar səsləndirməkdə davam edirlər. Milli Şura üzvü Eldəniz Quliyevin paylaşdığı fikirlər isə böyük səs-küyə səbəb olub: Təəssüf ki, bu, yaxud buna bənzər əzilib-büzülən xəstə "fenomen"lər siyasi arenamızda yetərincədir. Heç kəsə sirr deyil ki, ReAl Hərakatı,daha sonra ReAl partiyasına çevrilən qurum həmişə ATA axtarışında olub, sadəcə, əvvəllər bunu açıb-ağartmadan etməyə çalışıblar. Modern.az-a danışan Eldəniz Quliyev bildirib ki, sosial şəbəkədə paylaşdığı yazı ilə heç kimin şəxsi həyatına, seçiminə müdaxilə etməyib, belə fikirdə olmayıb: “Hamı yazının əsas məqsədini kölgədə qoymaq üçün fərqli məsələni vurğulayır. Halbuki, əsas qeyd etmək istədiyim o idi ki, hər hansı siyasi qurum öz mübarizə prioritetlərindən asılı olmayaraq, ləyaqətlə mübarizə aparmalıdır. Ayağı sürüşkənlik, satqınlıq etməməlidir. Onlar özlərini qeyri-ənənəvi oriyentasiyaya sahib şəxslərin hüquqlarını qoruyan kimi göstərdilər. Bu da Avropanın, qərbin sifarişidir. Təəssüf edirəm ki, hətta öz düşərgəmizdən də bir sıra adamlar əks fikirlərə qoşuldular. Mən artıq ağ qarğa kimi yaşayıb, mübarizə aparmağı öyrənmişəm. Düzdür, mənə təsir etdi. Azərbaycanda hər hansı demokratik dəyişiklik Azərbaycan xalqının iradəsi ilə ola bilər. Hansısa Avropa dövlətinin, Amerikanın və s.-nin əli ilə deyil. Buna ümid edənlər, elə öz düşərgəmizdən olanlar da, yanılırlar. Xalq üzdəniraqların müdafiəsinə qalxan siyasi quruma yaxın gələrmi? Bu, qeyri-mümkündür. Demokratiyanın Şərq dəyərlərini də unutmaq olmaz. Biz Avropaya da öz milli-mənəvi dəyərlərimizlə birlikdə maraqlıyıq. Bu dəyərlərimizi bir kənara atsaq, biz elə Avropa ölkələrini yamsılamaqla məşğul olacağıq. Azərbaycan, bu xalq, bu millət min illərdir mövcuddursa, yalnız bu dəyərlərin hesabına ayaq üstə dayana bilir. Onu itirən kimi yıxılacaq, digərlərinə baş əyəcək. Mən bunu istəmirəm”. ReAl Partiyasının ünvanına yağdırılan ittihamlarla bağlı isə partiyanın icra katibi Natiq Cəfərli münasibət bildirib. Onun sözlərinı görə, İlqar Məmmədovun bəraət almasına tənqidlə yanaşanlarla bərabər, təqdir edənlər də kifayət qədər çox idi: “Ancaq niyə isə hər kəs tənqidi görür. Halbuki 8 səfirlik, 4 beynəlxalq təşkilat ReAl-ın atdığı addımlarla, İlqar Məmmədovun bəraəti ilə bağlı çox pozitiv məlumatlar yaydılar. Sosial şəbəkələrdə onlarla tanınmış insan təbrik postları yazdı. Mətbuat da, ictimaiyyət də bir neçə nəfərin öz səviyyəsinə uyğun şəkildə səsləndirdiyi fikirləri görür? Tənqid olsa idi, məmnuniyyətlə cavab verərdim. Burada tənqid yoxdur. Səviyyəsiz bir insanın öz səviyyəsinə uyğun sözləridir. Cavab verib, mən də onun səviyyəsinə düşüm? Hər səviyyəsiz sözə cavab verməyə borclu deyilik. İlqar bəyin bəraəti haqqında danışarkən, Tofiq Yaqublunun da adı çəkilir. Halbuki, Tofiq Yaqublu həbsxanada ola-ola öz vəkili vasitəsilə bizə təbrik göndərib. Bu qədər insanın, tanınmış ziyalının, vəkillərin, siyasətçilərin təbrikləri nədənsə müzakirə olunmur”. Müxalifət partiyaları arasındakı ziddiyyətlərə gəlincə isə N. Cəfərlinin sözlərinə görə, bu partiyalar eyni mövqedə olmaq məcburiyyətində deyil: Geri qayıt |