Eldəniz Quliyev ReAL Partiyasını aşağıladı - Qarşı tərəfdən CAVAB GƏLDİ - QALMAQAL
Ali Məhkəmənin Plenumunun ReAl partiyasının sədri İlqar Məmmədov və partiyanın İdarə Heyətinin üzvü Rəsul Cəfərov barəsində bəraət qərarı çıxarması günlərdir müzakirə edilir. Xüsusilə, İlqar Məmmədova 234 min, Rəsul Cəfərova isə 57 min 400 manat kompensasiya təyin edilməsi tənqidlərə səbəb olub. Bununla bağlı digər müxalifət partiyalarının nümayəndələri də sərt fikirlər səsləndirirlər. Xüsusilə, AXCP-dən ibarət olan Milli Şura tərəfdarları sosial şəbəkələrdə məlum hadisə ilə bağlı ittihamlar səsləndirməkdə davam edirlər. Milli Şura üzvü Eldəniz Quliyevin paylaşdığı fikirlər isə böyük səs-küyə səbəb olub: Təəssüf ki, bu, yaxud buna bənzər əzilib-büzülən xəstə "fenomen"lər siyasi arenamızda yetərincədir. Heç kəsə sirr deyil ki, ReAl Hərakatı,daha sonra ReAl partiyasına çevrilən qurum həmişə ATA axtarışında olub, sadəcə, əvvəllər bunu açıb-ağartmadan etməyə çalışıblar. Modern.az-a danışan Eldəniz Quliyev bildirib ki, sosial şəbəkədə paylaşdığı yazı ilə heç kimin şəxsi həyatına, seçiminə müdaxilə etməyib, belə fikirdə olmayıb: “Hamı yazının əsas məqsədini kölgədə qoymaq üçün fərqli məsələni vurğulayır. Halbuki, əsas qeyd etmək istədiyim o idi ki, hər hansı siyasi qurum öz mübarizə prioritetlərindən asılı olmayaraq, ləyaqətlə mübarizə aparmalıdır. Ayağı sürüşkənlik, satqınlıq etməməlidir. Onlar özlərini qeyri-ənənəvi oriyentasiyaya sahib şəxslərin hüquqlarını qoruyan kimi göstərdilər. Bu da Avropanın, qərbin sifarişidir. Təəssüf edirəm ki, hətta öz düşərgəmizdən də bir sıra adamlar əks fikirlərə qoşuldular. Mən artıq ağ qarğa kimi yaşayıb, mübarizə aparmağı öyrənmişəm. Düzdür, mənə təsir etdi. Azərbaycanda hər hansı demokratik dəyişiklik Azərbaycan xalqının iradəsi ilə ola bilər. Hansısa Avropa dövlətinin, Amerikanın və s.-nin əli ilə deyil. Buna ümid edənlər, elə öz düşərgəmizdən olanlar da, yanılırlar. Xalq üzdəniraqların müdafiəsinə qalxan siyasi quruma yaxın gələrmi? Bu, qeyri-mümkündür. Demokratiyanın Şərq dəyərlərini də unutmaq olmaz. Biz Avropaya da öz milli-mənəvi dəyərlərimizlə birlikdə maraqlıyıq. Bu dəyərlərimizi bir kənara atsaq, biz elə Avropa ölkələrini yamsılamaqla məşğul olacağıq. Azərbaycan, bu xalq, bu millət min illərdir mövcuddursa, yalnız bu dəyərlərin hesabına ayaq üstə dayana bilir. Onu itirən kimi yıxılacaq, digərlərinə baş əyəcək. Mən bunu istəmirəm”. ReAl Partiyasının ünvanına yağdırılan ittihamlarla bağlı isə partiyanın icra katibi Natiq Cəfərli münasibət bildirib. Onun sözlərinı görə, İlqar Məmmədovun bəraət almasına tənqidlə yanaşanlarla bərabər, təqdir edənlər də kifayət qədər çox idi: “Ancaq niyə isə hər kəs tənqidi görür. Halbuki 8 səfirlik, 4 beynəlxalq təşkilat ReAl-ın atdığı addımlarla, İlqar Məmmədovun bəraəti ilə bağlı çox pozitiv məlumatlar yaydılar. Sosial şəbəkələrdə onlarla tanınmış insan təbrik postları yazdı. Mətbuat da, ictimaiyyət də bir neçə nəfərin öz səviyyəsinə uyğun şəkildə səsləndirdiyi fikirləri görür? Tənqid olsa idi, məmnuniyyətlə cavab verərdim. Burada tənqid yoxdur. Səviyyəsiz bir insanın öz səviyyəsinə uyğun sözləridir. Cavab verib, mən də onun səviyyəsinə düşüm? Hər səviyyəsiz sözə cavab verməyə borclu deyilik. İlqar bəyin bəraəti haqqında danışarkən, Tofiq Yaqublunun da adı çəkilir. Halbuki, Tofiq Yaqublu həbsxanada ola-ola öz vəkili vasitəsilə bizə təbrik göndərib. Bu qədər insanın, tanınmış ziyalının, vəkillərin, siyasətçilərin təbrikləri nədənsə müzakirə olunmur”. Müxalifət partiyaları arasındakı ziddiyyətlərə gəlincə isə N. Cəfərlinin sözlərinə görə, bu partiyalar eyni mövqedə olmaq məcburiyyətində deyil:
“Ziqmund Freyd üzdəniraqlığı, daha dəqiqi, "ismayılcəlilovluq" meyillərini oğlan uşağının öz anasına aşırı bağlılığı ilə əlaqələndirir. Qoca Freyd bu anormallığa səfeh bir izah verir: oğlan uşağı təbii olaraq öz anasına ilk seksual mənbə kimi yanaşır, lakin eyni zamanda, şüuraltı şəkildə bu istəyinə heç zaman çata bilməyəcəyini də dərk edir; belə olan halda, nəhayət O, özü ana olmaq qərarı verir verir: "Mən özüm ana olacağam və mənə yiyələnəcək, yəni məni seksual subyekt kimi qəbul edəcək ata axtaracam!.."
Bu gün isə hər şey ortadadır və görünən kəndə də bələdçi-filan axtarmağa lüzum yoxdu. Siyasi fəaliyyəti özfəaliyyət səviyyəsinə salıb da "ismayılcəlilovluğu" seçənlərə təntənəli bir "TUŞ"!”.
Maraqlısı budur ki, E.Quliyevə dəstək olanlarla bərabər, onun bu fikirlərini qəbul etmədiklərini önə çəkənlər də az deyildi.
“Vahid fikri, ideologiyanı müdafiə etsəydik, ayrı-ayrı partiyalarda təmsil olunmağımıza ehtiyac qalmazdı. Müxalifət olmaq o demək deyil ki, eyni cür düşünməliyik. Halbuki, ReAl-dan başqa digər partiyaların bu günə qədər ideoloji platformasını ortaya qoyduğunu görməmişik. İdeologiyamızın ətrafında yüzlərlə, minlərlə insan toplaşır. Rəsmi 3 mindən çox üzvümüz, 8 minə yaxın könüllülər ordumuz var. Biz bu insanların, üzv olmayan, ReAl-ı dəstəkləyən on minlərlə şəxsin fikirlərini ehtiva edirik. Hər kəsin eyni cür düşünməsini tələb etmək demokratiyaya uyğun deyil. Təəssüf ki, özünə demokrat deyən bəzi müxalifət nümayəndələri çalışırlar ki, hər kəs məsələlərə onlar kimi münasibət bildirdin. Bu avtoritarizmin bariz nümunəsidir”.