Əsas Səhifə > Siyasət > İmamoğlu niyə saxlanılıb? - Azərbaycan deputatlarından olaya
İmamoğlu niyə saxlanılıb? - Azərbaycan deputatlarından olaya19-03-2025, 17:55 |
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu ətrafında baş verən hadisələr Türkiyədə böyük rezonans doğurub. Əvvəlcə İmamoğlunun universitet diplomu ləğv edilib, sonra o saxlanılıb. İstanbul Baş Prokurorluğunun yaydığı məlumatda İmamoğlu və bir qrup şəxs cinayətkar təşkilatın rəhbəri olmaq, cinayətkar təşkilata üzv olmaq, qəsb etmə, rüşvətxorluq, dələduzluq, qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi, tenderin saxtalaşdırılması kimi cinaətlərdə ittiham olunub. Əkrəm İmamoğlunun saxlanılması Azərbaycan gündəminə də təsir edib. Onlayn media və sosial şəbəkələr bu mövzuda müzakirələr açıb. Fazil Mustafa vurğulayıb ki, məsələnin arxasında hüquqi zəmin olmasa, belə açıq formada addımlar atıla bilməz: "Türkiyədə bu cür proseslər hər zaman olub. Həm siyasət, həm də hüquq sistemlərinin müəyyən dərəcədə qarşı-qarşıya gəldiyi bir sıra hallar olub. Bu təkcə İstanbulla bağlı deyil. Eyni zamanda başqa bölgələrdə də terror təşkilatına bağlı bələdiyyə üzvlərinin həbs edilməsi, onların yerinə qəyyumların təyin edilməsinə şahid olmuşuq. Hər halda belə məsələ qaldırılırsa, onun arxasında təbii ki, siyasi məqsədlər də dura bilər, amma hüquqi zəmin olmasa, açıq formada bunu etmək mümkün deyil. Çox güman ki, müəyyən hüquqi zəmində əsaslandırma ilə bu addımlar atılır. İstənilən halda biz Türkiyənin daxilində olan proseslərdən həmişə narahatlıq keçiririk, sabitliyin olmasının tərəfdarıyıq".
"Ona görə ki, ortada sadəcə ittiham var, məhkəmə qərarı yoxdur. Türkiyədə belə proseslər çox tez-tez olur və orada hər an siyasət dəyişə bilir. Belə hadisələrə əhalinin münasibəti də birmənalı olmur. Türk milləti həmişə əzilənin yanında olur. Bir zamanlar Rəcəb Tayyib Ərdoğanın da siyasi fəaliyyətinə qadağa qoyulmuşdu, o da həbs olunmuşdu. Onu Türk milləti həbsxanadan çıxarıb əvvəlcə Baş nazir, sonra da Prezident etdi. Düşünürəm ki, bu məsələnin İmamoğlu üçün də keçərli olduğunu görəndə təəccüblənməmək lazımdır". Deputat bu hadisələrin Türkiyəni ətrafdakı məsələlərdən kənarda saxlamamasını arzu edib:
Deputat qeyd edib ki, belə səs-küylü əməliyyat keçirilirsə və Əkrəm İmamoğlu saxlanılırsa, deməli, istintaqın əlində təkzibedilməz faktlar var: "Çox ciddi cinayət əməllərində ittiham olunurlar. Təbii ki, istintaqın gedişatında yaxın günlərdə bir neçə versiya açıqlanacaq. İstənilən halda əməliyyat həyata keçirilibsə və İmamoğlunun yaxın ətrafı saxlanılıbsa, deməli, proses dönməz xarakter alıb. Nəticə etibarilə "bu, Türkiyədə çox ciddi qarşıdurmalara gətirib çıxara bilər" fikrilə razı deyiləm. Çünki Rəcəb Tayyib Ərdoğan kifayət qədər böyük nüfuza malik liderdir. Ölkə Prezidenti kimi çox güclü komandaya malikdir və bu addımın atılmasına razılıq verilibsə, deməli, məsələnin içərisində çox ciddi hüquq pozuntuları var. Təbii ki, hadisələri izləməyə davam edəcəyik. Yaxın 3-4 gün ərzində bir çox məsələlər aydınlaşacaq. Bir daha qeyd edirəm ki, görünür, istintaqda çox təkzibedilməz dəlil və sübutlar var. Geridönüşün ola biləcəyini də düşünmürəm". Geri qayıt |