İmamoğlu niyə saxlanılıb? - Azərbaycan deputatlarından olaya REAKSİYA...
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu ətrafında baş verən hadisələr Türkiyədə böyük rezonans doğurub. Əvvəlcə İmamoğlunun universitet diplomu ləğv edilib, sonra o saxlanılıb. İstanbul Baş Prokurorluğunun yaydığı məlumatda İmamoğlu və bir qrup şəxs cinayətkar təşkilatın rəhbəri olmaq, cinayətkar təşkilata üzv olmaq, qəsb etmə, rüşvətxorluq, dələduzluq, qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi, tenderin saxtalaşdırılması kimi cinaətlərdə ittiham olunub. Əkrəm İmamoğlunun saxlanılması Azərbaycan gündəminə də təsir edib. Onlayn media və sosial şəbəkələr bu mövzuda müzakirələr açıb. Fazil Mustafa vurğulayıb ki, məsələnin arxasında hüquqi zəmin olmasa, belə açıq formada addımlar atıla bilməz: "Türkiyədə bu cür proseslər hər zaman olub. Həm siyasət, həm də hüquq sistemlərinin müəyyən dərəcədə qarşı-qarşıya gəldiyi bir sıra hallar olub. Bu təkcə İstanbulla bağlı deyil. Eyni zamanda başqa bölgələrdə də terror təşkilatına bağlı bələdiyyə üzvlərinin həbs edilməsi, onların yerinə qəyyumların təyin edilməsinə şahid olmuşuq. Hər halda belə məsələ qaldırılırsa, onun arxasında təbii ki, siyasi məqsədlər də dura bilər, amma hüquqi zəmin olmasa, açıq formada bunu etmək mümkün deyil. Çox güman ki, müəyyən hüquqi zəmində əsaslandırma ilə bu addımlar atılır. İstənilən halda biz Türkiyənin daxilində olan proseslərdən həmişə narahatlıq keçiririk, sabitliyin olmasının tərəfdarıyıq". "Ona görə ki, ortada sadəcə ittiham var, məhkəmə qərarı yoxdur. Türkiyədə belə proseslər çox tez-tez olur və orada hər an siyasət dəyişə bilir. Belə hadisələrə əhalinin münasibəti də birmənalı olmur. Türk milləti həmişə əzilənin yanında olur. Bir zamanlar Rəcəb Tayyib Ərdoğanın da siyasi fəaliyyətinə qadağa qoyulmuşdu, o da həbs olunmuşdu. Onu Türk milləti həbsxanadan çıxarıb əvvəlcə Baş nazir, sonra da Prezident etdi. Düşünürəm ki, bu məsələnin İmamoğlu üçün də keçərli olduğunu görəndə təəccüblənməmək lazımdır". Deputat bu hadisələrin Türkiyəni ətrafdakı məsələlərdən kənarda saxlamamasını arzu edib: Deputat qeyd edib ki, belə səs-küylü əməliyyat keçirilirsə və Əkrəm İmamoğlu saxlanılırsa, deməli, istintaqın əlində təkzibedilməz faktlar var: "Çox ciddi cinayət əməllərində ittiham olunurlar. Təbii ki, istintaqın gedişatında yaxın günlərdə bir neçə versiya açıqlanacaq. İstənilən halda əməliyyat həyata keçirilibsə və İmamoğlunun yaxın ətrafı saxlanılıbsa, deməli, proses dönməz xarakter alıb. Nəticə etibarilə "bu, Türkiyədə çox ciddi qarşıdurmalara gətirib çıxara bilər" fikrilə razı deyiləm. Çünki Rəcəb Tayyib Ərdoğan kifayət qədər böyük nüfuza malik liderdir. Ölkə Prezidenti kimi çox güclü komandaya malikdir və bu addımın atılmasına razılıq verilibsə, deməli, məsələnin içərisində çox ciddi hüquq pozuntuları var. Təbii ki, hadisələri izləməyə davam edəcəyik. Yaxın 3-4 gün ərzində bir çox məsələlər aydınlaşacaq. Bir daha qeyd edirəm ki, görünür, istintaqda çox təkzibedilməz dəlil və sübutlar var. Geridönüşün ola biləcəyini də düşünmürəm".
Azərbaycan Milli Məclisin deputatları da bu olayla bağlı Modern.az-a danışıblar.
Deputat ümid edir ki, baş verənlər qısa müddətdə aydınlığa qovuşacaq:
"Ümid edək ki, bu proseslər Türkiyə dövlətinə böyük bir zərər vurmayacaq. Hər halda Türkiyə cəmiyyətinin özünün daxili problemləridir. Yəni bu cür ittihamlar varsa,onları təşkil edə biləcək siyasətdə imkanlar var. Çox güman ki, bu məsələlər qısa müddətdə aydınlığa qovuşacaq. Cəmiyyətin özünün də məsələyə etirazını, yaxud təqdirini ortaya qoyması önəm daşıyır. Bu baxımdan Türkiyədə arzuolunan budur ki, sabitlik olsun. İstəməzdik ki, belə qarşıdurmalar beynəlxalq, qlobal siyasətdə Türkiyənin rolunun azalmasında təsiredici faktorlara çevrilin".
Tənzilə Rüstəmxanlı bildirib ki, bu məsələdə ehtiyatla davranmaq lazımdır:
"Təki, bu daxili məsələlər Türkiyəmizi çevrəsində baş verən ciddi proseslərdən kənarda qoymasın. Arzu edirəm ki, bəzi güclər Türkiyəmizin başını belə daxili məsələlərə qataraq, Suriyada və onun digər sərhədlərində baş verən prosesləri öz lehinə çevirə bilməsinlər".
Arzuxan Əlizadə Əkrəm İmamoğlunu hakimiyyətin əsas rəqiblərdən biri hesab edir:
"Bir müddət idi ki, onun müxtəlif məsələlərdə ittiham oluna biləcəyi ehtimalları gündəmi zəbt etmişdi. Nəhayət belə bir əməliyyat həyata keçirildi. Əkrəm İmamoğlu, eləcə də onunla bilavasitə işbirliyində olan təxminən 100-ə yaxın şəxs saxlanılıb. Eyni zamanda bir sıra təhlükəsizlik tədbirlərinin də görüldüyü bildirilir. Bir sıra yollar bağlanılıb. Dörd gün ərzində İstanbulda hər hansı geniştərkibli tədbirin keçirilməsi qadağan edilib. Bir çox internet resurslarına daxil olmaq çətinləşib. Təbii ki, bu, sıradan hadisə deyil, rezonans doğura bilər".