Əsas Səhifə > Siyasət > Azərbaycan və Ermənistan PREZİDENTLƏRİ ayın sonu

Azərbaycan və Ermənistan PREZİDENTLƏRİ ayın sonu


18-03-2016, 14:00

Azərbaycan və Ermənistan prezidentləri ayın sonu Vaşinqtonda görüşə bilər

Azərbaycan və Ermənistan prezidentləri Vaşinqtonda keçiriləcək Nüvə Təhlükəsizlik Sammiti çərçivəsində görüşə bilərlər.

 
APA-nın məlumatına görə, bu barədə Ermənistanın “Aykakan Jamanak” qəzeti yazıb.
 
Qəzetin diplomatik mənbəyə istinadən verdiyi məlumata görə, ATƏT-in Minsk qrupu həmsədrləri, xüsusilə ABŞ hər iki ölkə prezidentinin görüşünün təşkili üçün səylərini əsirgəmir.
 
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan martın 31-də Vaşinqtonda başlayacaq Nüvə Təhlükəsizliyi Sammitində iştiraklarını təsdiqləyiblər.
AzerTaym.az

Geri qayıt