Azərbaycan və Ermənistan PREZİDENTLƏRİ ayın sonu Vaşinqtonda GÖRÜŞƏ bilər

Azərbaycan və Ermənistan prezidentləri ayın sonu Vaşinqtonda görüşə bilər

Azərbaycan və Ermənistan prezidentləri Vaşinqtonda keçiriləcək Nüvə Təhlükəsizlik Sammiti çərçivəsində görüşə bilərlər.

 
APA-nın məlumatına görə, bu barədə Ermənistanın “Aykakan Jamanak” qəzeti yazıb.
 
Qəzetin diplomatik mənbəyə istinadən verdiyi məlumata görə, ATƏT-in Minsk qrupu həmsədrləri, xüsusilə ABŞ hər iki ölkə prezidentinin görüşünün təşkili üçün səylərini əsirgəmir.
 
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan martın 31-də Vaşinqtonda başlayacaq Nüvə Təhlükəsizliyi Sammitində iştiraklarını təsdiqləyiblər.
AzerTaym.az






Fikirlər