Əsas Səhifə > Slayd > Qarabağda üç mühüm məqam: ermənilər 5 rayonu qaytarır...
Qarabağda üç mühüm məqam: ermənilər 5 rayonu qaytarır...25-04-2016, 12:50 |
“Mən praktiki olaraq “Kazan sənədi”ndə nələrin olduğuna bələdəm. Bir sözlə burada müxtəlif versiyalar var. Lakin ehtimal ki, hazırda bu düsturun dəyişdirilmiş forması müzakirə edilir. Lavrovun İrəvan səfərində də bu müzakirə olunub”.
AzerTaym.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Rusiya İctimai Palatasının üzvü, Kremlə yaxınlığı ilə seçilən politoloq Sergey Markov “moscow-baku” portalına açıqlamasında deyib.
Kremlə yaxın politoloq müzakirə edilə biləcək məsələləri sadalayıb. “Birincisi, Azərbaycana qaytarılacaq rayonların sayıdır. Plan üzrə Laçının bir hissəsi və 6 rayon qaytarılır. Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizi saxlanılır. İkincisi, Dağlıq Qarabağda referendum sənədinə hansı müddəaların salınmasıdır. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini və Madrid prinsiplərini irəli sürür. Ermənistan tərəfi üçün bu sərfəli deyil. Hansı ki, qətnamələrdə Dağlıq Qarabağ Azərbaycanın işğal olunmuş ərazisi kimi göstərilir. Madam ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır, onda referendum keçirmək mümkün deyil. Azərbaycan bu prinsipi də irəli sürür. Üçüncüsü, qaçqınların köçürülməsi və səsvermə hüququdur. Aydındır ki, bu gün Qarabağda yaşayan ermənilər müstəqilliyə səs verəcək. Çünki onlar qaçqın deyil. Deməli qaçqınların necə səs verəcəyi, ümumiyyətlə kimlərin qaçqın olduğu məsələsini həll etmək lazımdır”, - deyə politoloq bildirib. Geri qayıt |