Qarabağda üç mühüm məqam: ermənilər 5 rayonu qaytarır... – KREMLƏ YAXIN POLİTOLOQ

“Mən praktiki olaraq “Kazan sənədi”ndə nələrin olduğuna bələdəm. Bir sözlə burada müxtəlif versiyalar var. Lakin ehtimal ki, hazırda bu düsturun dəyişdirilmiş forması müzakirə edilir. Lavrovun İrəvan səfərində də bu müzakirə olunub”.

 

AzerTaym.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Rusiya İctimai Palatasının üzvü, Kremlə yaxınlığı ilə seçilən politoloq Sergey Markov “moscow-baku” portalına açıqlamasında deyib.


Onun fikrincə, Sergey Lavrov İrəvan səfərində Sarkisyanın öz ölkəsinin əhalisinə bu planı reallaşdırmağın zəruriliyini izah etməyə kömək etmək məsələsini müzakirə edib: “Çünki Ermənistanda “Kazan sənədi”nə sərt reaksiyalar var. Ermənistanda çoxları bu planın ciddi güzəşt olduğunu hesab edirlər. Hətta buna görə Sarkisyanı devirməklə hədələyirlər. Hansı ki, bunu Rusiya rəhbərliyi istəməzdi. Bundan başqa hesab edirəm ki, əgər Sarkisyan bu sənədi imzalasa və onu devirsələr, nəticədə plan təxirə düşə bilər”.
 

Kremlə yaxın politoloq müzakirə edilə biləcək məsələləri sadalayıb.
 

Birincisi, Azərbaycana qaytarılacaq rayonların sayıdır. Plan üzrə Laçının bir hissəsi və 6 rayon      qaytarılır. Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizi saxlanılır.

 

İkincisi, Dağlıq Qarabağda referendum sənədinə hansı müddəaların salınmasıdır. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini və Madrid prinsiplərini irəli sürür. Ermənistan tərəfi üçün bu sərfəli deyil. Hansı ki, qətnamələrdə Dağlıq Qarabağ Azərbaycanın işğal olunmuş ərazisi kimi göstərilir. Madam ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır, onda referendum keçirmək mümkün deyil. Azərbaycan bu prinsipi də irəli sürür.

 

Üçüncüsü, qaçqınların köçürülməsi və səsvermə hüququdur. Aydındır ki, bu gün Qarabağda yaşayan ermənilər müstəqilliyə səs verəcək. Çünki onlar qaçqın deyil. Deməli qaçqınların necə səs verəcəyi, ümumiyyətlə kimlərin qaçqın olduğu məsələsini həll etmək lazımdır”, - deyə politoloq bildirib.

 






Fikirlər