Əsas Səhifə > Slayd > Quran sədaları altında donan Zəmzəm suyu məscid forması alır-
Quran sədaları altında donan Zəmzəm suyu məscid forması alır-27-08-2016, 11:53 |
Su üzərində cürbəcür ağlagəlməz tədqiqatlar aparan yaponiyalı alim Masura Emoto oxşar eksperimentləri Zəmzəm suyu üzərində təkrar edərək gözlənilməz nəticələr alıb. Moderator.az-ın xarici İslam saytlarına istinadla verdiyi xəbərə görə, alim ilk dəfə Məkkə suyunun sirlərini elmi əsaslarla açıqlayıb. Təcrübə zamanı Zəmzəmin səslərə son dərəcə həssas olduğu aşkarlanıb. Tədqiqatçı müxtəlif səs dalğalarının, o cümlədən musiqi, insan səsi və oxunan Quran ayələrinin bu möcüzəli suya təsirlərini araşdırıb.
![]() Su zəng səsi ilə qaralır, azan və Qurani-Kərim ayələri oxunduqda isə şəffaflaşır. Daha maraqlısı isə səs dalğalarını qəbul etdikdən sonra Zəmzəmin dondurulması zamanı baş verib. Donmuş su cürbəcür formalar almağa başlayıb. Əsl möcüzə də elə bu zaman görünüb. Azan və Quran ayələri səslərinin təsirinə məruz qaldıqdan sonra donan Zəmzəm suyu Məkkədəki müqəddəs Kəbənin yerləşdiyi Məscidül-Həramın quş uçuşu yüksəkiyindən görünən formasını almağa başlayıb.
![]() Bundan əlavə, Masura Emoto müqəddəsi suyun digər sirli xüsusiyyətlərini açıqlayıb: “...Zəmzəm suyu həm fiziki, həm də kimyəvi xassələrinə görə yer üzündəki bütün sulardan fərqlidir. Zəmzəm ətrafında baş verən bütün dəyişiklikləri yaddaşda saxlayır. Bu suyun quruluşu çox fərqlidir. 4 min ildir ki, su nə azalır, nə çirklənir, nə də yosunlaşır...”
![]() Sultan Laçın, moderator.az
Geri qayıt |