Su üzərində cürbəcür ağlagəlməz tədqiqatlar aparan yaponiyalı alim Masura Emoto oxşar eksperimentləri Zəmzəm suyu üzərində təkrar edərək gözlənilməz nəticələr alıb.
Moderator.az-ın xarici İslam saytlarına istinadla verdiyi xəbərə görə, alim ilk dəfə Məkkə suyunun sirlərini elmi əsaslarla açıqlayıb. Təcrübə zamanı Zəmzəmin səslərə son dərəcə həssas olduğu aşkarlanıb. Tədqiqatçı müxtəlif səs dalğalarının, o cümlədən musiqi, insan səsi və oxunan Quran ayələrinin bu möcüzəli suya təsirlərini araşdırıb.
Su zəng səsi ilə qaralır, azan və Qurani-Kərim ayələri oxunduqda isə şəffaflaşır. Daha maraqlısı isə səs dalğalarını qəbul etdikdən sonra Zəmzəmin dondurulması zamanı baş verib. Donmuş su cürbəcür formalar almağa başlayıb. Əsl möcüzə də elə bu zaman görünüb. Azan və Quran ayələri səslərinin təsirinə məruz qaldıqdan sonra donan Zəmzəm suyu Məkkədəki müqəddəs Kəbənin yerləşdiyi Məscidül-Həramın quş uçuşu yüksəkiyindən görünən formasını almağa başlayıb.
Bundan əlavə, Masura Emoto müqəddəsi suyun digər sirli xüsusiyyətlərini açıqlayıb: “...Zəmzəm suyu həm fiziki, həm də kimyəvi xassələrinə görə yer üzündəki bütün sulardan fərqlidir. Zəmzəm ətrafında baş verən bütün dəyişiklikləri yaddaşda saxlayır. Bu suyun quruluşu çox fərqlidir. 4 min ildir ki, su nə azalır, nə çirklənir, nə də yosunlaşır...”
Qeyd edək ki, Zəmzəm mübarək bir sudur. Kəbə evinin yaxınlığından savayı, başqa bir yerdə çıxmır. Muhəmməd peyğəmbər özü (s. a. v.) bu sudan içib və içilməyini məsləhət görüb. Həcc və Ümrə ziyarətlərinə gedib-gələnlərin gətirdikləri ən qiymətli hədiyyələr arasında birinci yeri Zəmzəm suyu tutur. Hər il Həccə gedən milyonlarla müsəlman bu sudan içir. İnsanlar Zəmzəm içdikdən 35 dəqiqə sonra özlərində rahatlıq tapırlar.