İqtisadçı ekspert və şərqşünas Hüseyn Hüseynov Moderator.az- a açıqlamasında İslam dininin, eləcə də Qurani Kərimin iqtisadiyyata verdiyi önəm haqqında maraqlı açıqlaması ilə yadda qalıb. Qeyd eədk ki, ərəb dilinin mahir bilicisi olan iqtisadçı ekspert demək olr ki, bütün ərəb ölkələri, onların nazirləri ilə ticari məsələlərin müzakirəsini aparıb:
“İslamda Qurani Kərim və Peyğəmbər (ə.s.) surə ayələri və hədislər vasitəsi ilə müsəlmanları təkidlə ticarət fəaliyyəti ilə məşğul olmağa çağırır. Bu məqsədlə səfər və səyahətlər etməyi tövsiyyə edir. Bununla da, "Allahın mərhəmətini axtarmağa" dəvət edir. Böyük Yaradan səyahət edən tacirləri döyüş meydanında savaşanlarla müqayisə edir: " Bəziləri Allahın kərəmindən ruzi axtarmaq üçün ( ticarət məqsədi ilə ) yer üzünü gəzib dolaşacaq, digərləri isə Allah yolunda vuruşacaqlar." ( Quran, 73 : 20 ).
Allah Quranda insanları daxili və xarici ticarətə təşviq edərkən, onlara dəniz yollarından istifadə etməyi məsləhət görür :" Allahın lütfündən və nemətindən ruzi axtarmağınız ( ticarət etməyiniz ) üçün gəmilərin də orada suyu yara-yara üzdüyünü görürsən " ( Quran, 35 : 12 )
Daha sonra : " ...içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində Allahın hikmət və qüdrətinə dəlalət edən əlamətlər vardır " ( Quran, 2 : 164 ).
İslamın meydana gəldiyi ilk dövrdən indiyə kimi tacirlər həcc ziyarəti zamanı ticarət etməyin onların ziyarətinin səmimiliyinə və dualarının təmizliyinə xətər gətirəcəyinə şübhə edir, qorxurdular, zəmanəmizdə də belə fikirlər özünə yer alır. Bu barədə Müqəddəs kitabda deyilir :" Həcc mövsümündə rəbbinizdən ticarətlə ruzi diləməniz sizin üçün günah deyildir" ( Quran, 2 : 198 ).
Lakin bu zaman böyük Allahı unutmamalı, Onun ehkamlarını yerinə yetirmək vacibdir : " O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı
zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz " ( Quran, ( 24 : 37 ).
Peyğəmbər ( ə.s.) tacirlər barədə hədislərdə deyir : " Vicdanlı, doğru, düz və etibar qazanmış tacirlər Qiyamət günündə Allah yolunda canını vermiş şəhidlərlə bir yerdə olacaqlar : onlar peyğəmbərlərlə, müqəddəs şəxslərlə birgə olacaqlar " ( əl - Buxari )”.