Əsas Səhifə > Slayd, Cəmiyyət > 30.07.2014- “Kənan M.M 15 nəfər idmançı ilə üstümə gəlmişdi”
30.07.2014- “Kənan M.M 15 nəfər idmançı ilə üstümə gəlmişdi”30-07-2014, 12:34 |
![]() Bu qalmaqallı olayın nədən qaynaqlandığına aydınlıq gətirmək üçün sənətçi Vüqar Muradov bəzi məsələlərə aydınlıq gətirərək mövzu ilə bağlı AzNews.az-ın suallarını cavablandırıb: -Vüqar, bu gün həbs olunan rejissor Kənan M.M-lə dava etdiyiniz və onun saxlanmasının da məhs buna görə baş verməsi barədə xəbərlər yayılıb. Bilmək istərdik, hadisə necə baş verdi? -15 nəfər idmançı ilə üstümə gəlmişdi. Yanındakılardan biri məşqçisi Emil Hacıyev idi. Yaxşı ki qarşısı alındı. 15 nəfər üstümə hücuma gəlmişdi. Mən isə qardaşımlaydım. -Xəsarət almısınız? -Yox, xəsarət almamışam. -Siz 2 nəfərlə 15 nəfər idmançıya qarşı necə müdafiə olundunuz? -Müdafiə olunduq, Allahın izniylə. Birtəhər vəziyyətdən çıxdıq. -Məsələyə dərhal polis qarışdı? -Bəli. -Hadisə harda baş verib? -Mən avtomobilimi düzəltdirirdim. Usta yanında idim. -Yəqin ki, münasibətləriniz “Ulduzların döyüşü” telelayihəsindən sonra gərginləşmişdi. -Bəli, elədir. -Bəs nə baş verdi ki, münasibətlər bu qədər gərginləşdi? -Üstümə məni sındırmaq məqsədilə gəlmişdi. Həmin layihədə məğlubiyyətilə barışmadığı üçün məni sındırmaq istəyirdi. -İçinizdə ona qarşı kin qalıb? -Bağışlayıram. Mən kişiyəm, mənim şərəfim var. Mənə yaraşmaz. Birinci növbədə insanam. -Polisdə sizi üzləşdirdilər yəqin ki… -Bəli, üzləşdik. Bu barədə daha artıq danışmaq istəmirəm, bağışlayın. Geri qayıt |