30.07.2014- “Kənan M.M 15 nəfər idmançı ilə üstümə gəlmişdi”

30.07.2014- “Kənan M.M 15 nəfər idmançı ilə üstümə gəlmişdi”Müğənni Vüqar Muradov rejissor Kənan M.M-lə aralarında baş verən insindent-dava bu gün az qala sosial şəbəkələrdə və kiv-də müzakirə olunan 1-li mövzuya çevrildi.
Bu qalmaqallı olayın nədən qaynaqlandığına aydınlıq gətirmək üçün sənətçi Vüqar Muradov bəzi məsələlərə aydınlıq gətirərək mövzu ilə bağlı AzNews.az-ın suallarını cavablandırıb:
-Vüqar, bu gün həbs olunan rejissor Kənan M.M-lə dava etdiyiniz və onun saxlanmasının da məhs buna görə baş verməsi barədə xəbərlər yayılıb. Bilmək istərdik, hadisə necə baş verdi?
-15 nəfər idmançı ilə üstümə gəlmişdi. Yanındakılardan biri məşqçisi Emil Hacıyev idi. Yaxşı ki qarşısı alındı. 15 nəfər üstümə hücuma gəlmişdi. Mən isə qardaşımlaydım.
-Xəsarət almısınız?
-Yox, xəsarət almamışam.
-Siz 2 nəfərlə 15 nəfər idmançıya qarşı necə müdafiə olundunuz?
-Müdafiə olunduq, Allahın izniylə. Birtəhər vəziyyətdən çıxdıq.
-Məsələyə dərhal polis qarışdı?
-Bəli.
-Hadisə harda baş verib?
-Mən avtomobilimi düzəltdirirdim. Usta yanında idim.
-Yəqin ki, münasibətləriniz “Ulduzların döyüşü” telelayihəsindən sonra gərginləşmişdi.
-Bəli, elədir.
-Bəs nə baş verdi ki, münasibətlər bu qədər gərginləşdi?
-Üstümə məni sındırmaq məqsədilə gəlmişdi. Həmin layihədə məğlubiyyətilə barışmadığı üçün məni sındırmaq istəyirdi.
-İçinizdə ona qarşı kin qalıb?
-Bağışlayıram. Mən kişiyəm, mənim şərəfim var. Mənə yaraşmaz. Birinci növbədə insanam.
-Polisdə sizi üzləşdirdilər yəqin ki…
-Bəli, üzləşdik. Bu barədə daha artıq danışmaq istəmirəm, bağışlayın.







Fikirlər