Əsas Səhifə > Slayd > Putindən Sarkisyana Qarabağ tapşırığı: “Ya dediyimi et, ya da..”
Putindən Sarkisyana Qarabağ tapşırığı: “Ya dediyimi et, ya da..”2-03-2017, 09:49 |
Ermənistan prezidenti Serj Sarkisyanın Moskvaya səfərinin vaxtı məlum olub. Publika.az xəbər verir ki, “İzvestiya” nəşri İrəvandakı diplomatik mənbələrə istinadən Sarkisyanın martın 14-də Moskvaya səfər edəcəyini yazıb.
Lakin “İzvestiya”nın yaydığı məlumatda “səfər zamanı əsasən Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq” qeydi diqqət çəkir. Cəbhədə gərginliyin davam etdiyi bir vaxtda Sarkisyan Putindən nə istəyə bilər, yaxud konkret hansı məsələlər ətrafında müzakirələr gedəcək? Sayt qeyd edir ki, Sarkisyan Putinlə görüşdə Rusiyanın Azərbaycana silah satması, rus siyasətçilərin Bakıya açıq dəstək verməsi məsələlərini qaldırmayacaq: “Sadəcə susacaq, çünki o, Kremlə özünü xilas etmək üçün gedir”. Erməni şərhçi Aram Amatuni isə Sarkisyanın Moskvaya hesabat verməyə getdiyini yazır. “Sarkisyan Brüsseldə Avropa İttifaqı və NATO nümayəndələri ilə görüşdü. Yəqin ki, martın 14-də Sarkisyan Moskvada Putinə Brüssel səfəri və Avropadakı danışıqları haqda hesabat verəcək. Putin ona necə hərəkət etməyi, Avropa İttifaqı ilə çərçivə sazişini imzalayıb-imzalamamaq haqda tapşırıqlar verəcək. Güman ki, Rusiyanın cavabı indi bəlli olmayacaq. Ermənistan və Avropa İttifaqı arasında münasibətlərin gələcəyi Rusiya-Avropa münasibətlərinə uyğun qurulacaq. Bu, Ermənistan üçün olduqca kədərlidir”, - deyə A.Amatuni bildirib. “Lragir” saytı isə Putinin Moskvada Sarkisyana Qarabağla bağlı danışıqları yeniləmək tapşırığı verəcəyini yazıb: “Putin Moskvanın vasitəçiliyi ilə üçtərəfli danışıqlar təklif edə bilər. Lakin bu format bir neçə dəfə uğursuz olub. Güman ki, Moskva danışıqların yenilənməsi əvəzində Ermənistana daha sıx hərbi-siyasi münasibətlər təklif edəcək. Sarkisyan razılaşmasa belə, Putinin ona kifayət qədər təzyiq rıçaqı var. Və o deyə bilər: “Ya dediyimi et, ya da...”. Bunun alternativ variantı yoxdur. Çünki Sarkisyanın Putinin dediyini edəcəyi şübhəsizdir”. Geri qayıt |