Əsas Səhifə > Slayd > Fövqəladə hallar nazirinin müavini həbs edilib –
Fövqəladə hallar nazirinin müavini həbs edilib –21-03-2017, 18:40 |
Belarus fövqəladə hallar nazirinin müavini Dmitriy Bequn rüşvət almaqda şübhəli sayılaraq həbs edilib. APA-nın məlumatına görə, bunu bu gün Belorus prezidenti Aleksandr Lukaşenko bildirib. A. Lukaşenko deyib ki, qanun qarşısında hamı bərabərdir və general rütbəsində olan D. Bequnu minimum 8 ilə qədər həbs gözləyir. Belarus prezidenti qeyd edib ki, D. Bequn təhlükəsizlik normalarına zidd olaraq tikilmiş obyektin istismara verilməsinə icazə üçün biznesmendən rüşvət almaqda şübhəli sayılır.
Geri qayıt |