Fövqəladə hallar nazirinin müavini həbs edilib – Rüşvət aldığı ÜÇÜN

rusvet_8886

Belarus fövqəladə hallar nazirinin müavini Dmitriy Bequn rüşvət almaqda şübhəli sayılaraq həbs edilib. APA-nın məlumatına görə, bunu bu gün Belorus prezidenti Aleksandr Lukaşenko bildirib.

A. Lukaşenko deyib ki, qanun qarşısında hamı bərabərdir və general rütbəsində olan D. Bequnu minimum 8 ilə qədər həbs gözləyir. Belarus prezidenti qeyd edib ki, D. Bequn təhlükəsizlik normalarına zidd olaraq tikilmiş obyektin istismara verilməsinə icazə üçün biznesmendən rüşvət almaqda şübhəli sayılır.

 






Fikirlər