12.09.2014- Nazarbayev və Lukaşenko Qarabağı qaytarır
“Avrasiya İqtisadi İttifaqında Qazaxıstan və Belarus Ermənistana Dağlıq Qarabağ arasında gömrük məntəqəsinin qurulması üçün hər şey edir”
"AzerTaym.az" xəbər verir ki, Publika.az-ın məlumatına görə bu barədə erməni politoloq Boris Navasardyan deyib.
Onun sözlərinə görə, Qazaxıstan və Belarus Azərbaycanın maraqlarını müdafiə edir və onların planına əsasən Dağlıq Qarabağa daxil olan mallar gömrük məntəqəsindən keçəcək.
“Bu prosedura heç olmasa formal riayət olunmalıdır. Praktiki prosedura gəlincə, bu, erməni-rus münasibətlərindən asılıdır. Yəni Rusiya deyə biləcəkmi “siz bunu edəcəksinizsə, mən buna qarşı çıxacam?”. Bu zamanla aydın olacaq”, -deyə erməni politoloq vəziyyətin ümidsiz olacağını bildirir.