04.03.2014 - Azərbaycan Qarabağa hücuma hazırlaşır?

04.03.2014 - Azərbaycan Qarabağa hücuma hazırlaşır?Hərbi texnikanı cəbhə xəttində yerləşdirib”.

AR Müdafiə Nazirliyi erməni KİV-nin “Azərbaycan hərbi texnikanı cəbhə xəttində yerləşdirib” xəbərinə rəy bildirdi.

Xezerxeber.com1news.az-a istinadən bildirir ki, Azərbaycan Müdafiə Nazirliyindən deyilənə görə, erməni KİV-nin yaydığı “Azərbaycan hərbi texnikanı cəbhə xəttində yerləşdirib” xəbəri təxribatdır.

Müdafiə Nazirliyindən bildiriblər ki, Azərbaycan tərəfi atəşkəsin bütün şərtlərinə əməl edir və hərbi texnikanın heç bir dislokasiya hərəkatını yerinə yetirmir.

Qeyd olunana görə, erməni qəzeti “Qraparak” məlumat verib ki, “Azərbaycan Ukraynada baş verən son hadisələrdən sonra hərbi texnikanı cəbhə xəttində yerləşdirib”.

“Mənbələr xəbər verir ki, NATO və Rusiya arasında Krımın və Sevastopol donanması barədə sərt polemika getdiyi halda, Rusiya hərbi texnikasını sərhəddə yerləşdirib, bununla paralel olaraq Azərbaycan hərbi texnikanı bütün cəbhə boyu 4 sırada yerləşdirib”, erməni qəzeti xəbər verir.

Xatırladaq ki, Azərbaycanın 20% ərazisi — Dağlıq Qarabağ və ona yaxın yeddi rayon hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının 4 qərarı olsa da erməni tərəfi hələ də bu qərarlara boyun əymir.

22 fevral tarixində Ukraynada Ali Rada Viktor Yanukoviçi hakimiyyətdən uzaqlaşdırıb prezidentin vəzifələrinin icrasını spiker Aleksandr Turçinova həvalə edərək, 25 may tarixinə prezident seçkiləri təyin etdi.

Eyni zamanda, federasiyanın şurası növbədən kənar iclasında Vladimir Putinə RF silahlı qüvvələrinin Ukrayna ərazisində istifadəsinin lehinə yekdilliklə səs veriblər.

Ukrayna KİV xəbər verirlər ki, Krıma son günlərdə minlərlə rus hərbçisi gəlib.






Fikirlər