09.02.2014. - MÜDAFİYƏ NAZİRLİYİi tanklarımızın "dislokasiyasından" danışdı (FOTO/VIDEO)
Yanvar ayının 21-dən fevralın 8-dək qoşunların təmas xəttində
qarşı tərəf atəşkəs rejimini 2000 dəfəyə qədər pozub.
AzerTaym.az xəbər verir ki,bunu Müdafiə Nazirliyindən bildiriblər.
"Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub",- deyə nazirlikdən vurğulayıblar. Məlumata görə, cəbhə xəttində mütəmadi olaraq atəşkəsin pozulmasının qarşısını almaq üçün əlavə tədbirlər görülür: “Müdafiə nazirinin əmrinə uyğun olaraq bütün müvafiq tədbirlər həyata keçirilib və hazırda da keçirilir”.
Müdafiə Nazirliyindən bir sıra dünya KİV-lərində “Azərbaycan tanklarını sərhədə yığır” kimi başlıqlı yazıların dərc olunması məsələsinə də aydınlıq gətirilib. Nazirlikdən bildiriblər ki, bu fikirlər həqiqətə uyğun deyil:
“Tanklarının cəbhə bölgəsinə doğru irəliləməsi barədə yayılan informasiyalar yanlışdır”,- deyə nazirlikdən göndərilən məlumatda vurğulanır.
Nazirlikdən bildiriblər ki, hərbçilərin döyüş qabiliyyətinin artırılması məqsədi ilə bağlı da tədbirlər görülür:
“Döyüş hazırlığı planına uyğun olaraq mütəmadi olaraq təlim toplantıları və məşğələlər, bilik və təcrübələrin artırılması məqsədilə hərbi qulluqçularımızın beynəlxalq hərbi təlimlərdə iştirakı təmin edilir, ixtisasartırma kursları keçirilir”.