Lukaşenko siyasi məhbusları əfv etdi

Lukaşenko siyasi məhbusları əfv etdi Belarus prezidenti Aleksandr Lukaşenko siyasi rəqiblərini bağışlayıb. O, prezidentliyə keçmiş namizəd Nikolay Statkeviçi və daha 5 müxalifətçini əfv edib.

Virtualaz.org saytı xəbər verir ki, bu haqda BELTA agentliyi məlumat yayıb.

Məlumata görə, “Belarus prezidentinin administrasiyası humanizm prinsipindən çıxış edərək” Nikolay Statkeviç, Yevgeni Vaskoviç, Nikolay Dedka, İqor Olineviç, Artyom Prokopenko və Yuri Rubtsovu həbsdən buraxmağı qərara alıb.

Xatırladaq ki, 2010-cu ildə Belarusda Minskin mərkəzində kütləvi etiraz aksiyaları ilə müşayiət olunan prezident seçkiləri keçirilib. Aksiyalarda etirazçılar Belarus MSK-nın yerləşdiyi hökumət evinə hücuma təşəbbüs göstərib. O vaxt 700-dək adam həbs edilmişdi.

Seçkidən sonra isə A.Lukaşenkonun 9 rəqibindən 5-i, o cümlədən ana müxalifət lideri N.Statkeviç həbs edilmişdi. O və digərləri kütləvi aksiyaların təşkilində suçlanaraq müxtəlif müddətə azadlıqdan məhrum olunmuşdu. N.Statkeviçə 6 il həbs cəzası verilmişdi. O, ciddi rejimli həbsxanada saxlanılırdı.






Fikirlər