05.02.2014. - Azəri qızı Günel barədə həbs qərarı!
Müğənni keçmiş sevgilisi Rza Zərrabı öldürəcəyi ilə hədələdiyinə görə azadlıqdan məhrum edilib.
Günel Zeynalova eks sevgilisi Rza Zərrabı “başından güllələyərəm” sözlərini deyərək ölümlə hədələdiyi iddiasına görə mühakimə olunub.
AzerTaym.az məlumat verir ki, ANS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, müğənniyə 6 ay azadlıqdan məhrum etmə cəzası verilib.
Hakim Günelin hədə-qorxu gəldiyinə görə 6 ay azadlıqdan məhrum edilməsinə, yenidən cinayət işləməyəcəyi istiqamətdə qənaət hasil olduğundan qərarın açıqlanmasının təxirə salınmasına qərar verib.
Günel, daha öncə Zərrab ilə aralarında keçən telefon danışıqlarıı razılığı olmadan ifşa etdiyi səbəbilə “Xəbərləşmənin gizliliyini pozmaq” cinayətindən də 9 ay müddətinə həbs cəzasına məhkum edilmiş, bu qərarın da açıqlanması təxirə salınmışdı.