“Rza Zərrabın lüks evini soyub Azərbaycana qaçdı...”

Türkiyənin “Bu gün” qəzetinin yazarı hazırda həbsdə olan qalmaqallı milyarderin keçmiş sevgilisi ilə bağlı ilginc məlumat yayıb
“Rza Zərrabın lüks evini soyub Azərbaycana qaçdı...”
İran əsilli azərbaycanlı iş adamı, Türkiyədə nazirlərə milyonlatla dollar rüşvət verdiyinə və İrana aid on milyardlarla dolların “yuyulmasını” təşkil etdiyinə görə dekabrın 17-də həbs olunan Rza Zərrab medianın gündəmindən düşmür.

Azertaym.az saytı xəbər verir ki, Türkiyənin “Bu gün” qəzetinin yazarı Aykut İşıklar bu günkü köşə yazısında Rza Zərrabdan və onun azərbaycanlı sevgilisi Günellə bir neçə il əvvəlki davasından bəhs edib. Aykut İşıkların yazısının həmin hissəsini təqdim edirik:

***

“Rza Zərrab 2008-ci ilin sentyabr ayında yenə polis idarələrində və məhkəmə dəhlizlərində dolaşırdı. Ancaq o zaman “aman, məni qurtarın, bu kiçik qız məni öldürəcək” deyə ağlayırdı. Cümhuriyyət prokuroruna şikayət ərizəsi vermişdi.

O qız uşaqlıq aşkı Günel Zeynalova idi. Rzanın 8 illik böyük aşkı Azəri müğənni Günel... Bu ad o dövrlərdə maqazin mediasında çox yer almışdı.
“Rza Zərrabın lüks evini soyub Azərbaycana qaçdı...”


Daha sonra Rzanın yeni aşkı Əbru Gündəşlə birlikdə Günelin adını çox oxuduq. Günel hər yerdə “Əbru 8 illik sevgilimi əlimdən aldı” deyirdi.

İşin ilginc tərəfi də patronu İbrahim Tatlısəs olmuşdu. Bir yandan adam öldürməyə təşəbbüs etməkdə ittiham olunur, digər yandan “Sevgilimi əlimdən aldı” deyərək Əbru Gündəşi ittiham edirdi.

Tatlısəs arada qalmışdı. İbrahim Tatlısəs o günlərdə Rza ilə görüşdümü - bilmirəm, arayamı girdi - bilmirəm. Bildiyim tək şey Günelin bir gün ortadan qeyb olması idi. Rzanın lüks evini soyub boşaltdığı... Sonradan öyrəndim ki, çox tələsik Azərbaycana gedib.

O günlərdə Rza Zərrabın keçmiş sevgilisi haqda məhkəməyə verdiyi ərizəni də xatırlayıram. Günelin özünü müdafiə etməsi də çox komik idi. Biz türk xalqı bunlara layiq deyilik. Bu kimi insanları bu və ya digər şəkildə tanımaq, müzakirə etmək məcburiyyətində də deyilik”.






Fikirlər