Rza Zərrabın ortağından Türkiyə ilə bağlı - Maraqlı açıqlama
Azertaym.az Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o, Türkiyədə qeyri-qanuni yolla milyonlar qazandığını, eləcə də Türkiyə vətəndaşı olduğunu iddia edib.
Zəncaninin Türkiyə ilə bağlı fikirlərindən bəzi hissələr:
“1974-cü ildə dünyaya gəlmişəm. İranda Konservatoriyanı oxudum. 13 -14 yaşında ticarətə qoşuldum, zərgərlik və valyuta bürosu ilə məşğul oldum. Atam “eBay”ın qurucularındandır. Ailəm varlı idi.
Əsgərlikdə Mərkəzi Bankın sədri Mohsen Nourbakhsın sürücüsü işlədim. Hər gün 17 milyon dollar əlimdən keçirdi.
Nourbakhs öləndən sonra Türkiyəyə qoyun dərisi satmağa başladım. Yarım dollara alıb 19 dollara satırdım. İranlı birinin yardımı ilə heç tanımadığım bir kişiyə 4 milyon dollarlıq mal göndərdim, pulumu ala bilmədim və müflisləşdim. Evin həbsxanasına salındım. Orada türkcə öyrənməyə başladım. İkil ildən sonra azadlığa çıxdım. Qeyri –qanuni yollarla Türkiyəyə girərək pulumun izinə düşdüm. İzmirə getdim. Bütün pullarımı geri aldım. Geri qayıdanda İnqilab Gözətçiləri tərəfindən saxlanıldım və yenidən həbxsanaya düşdüm. 16 gün həbsdə qaldıqdan sonra pul müqabilində sərbəst buraxıldım. Daha sonra İzmirə getdim. Burada Böhran İdarəçiliyini oxudum, eyni zamanda idxal –ixrac biznesinə qoşuldum. Diş pastası, saqqız, ətir, şampun kimi ləvazimatları İrana göndərdim. Türkiyə pasportu aldım. Onlarla kiçik şirkətlər qurdum. İzmirdə çox böyük anbar kirayələdim, biznesim 150 milyon dollara yüksəldi.
İranda kosmetika fabrikası qurmaq istədim, lakin banklar icazə vermədilər. Mən də bir türkiyəli bankçı ilə tanış oldum. Ticarəti banklar vasitəsilə etməli olduğumu söylədi. Mənə bu işin yollarını, bankdan necə kredit götürə biləcəyimi izah etdi. Türkiyədəki şirkətlərimi böyütdüm, “Kont Kozmetik” şirkətini qurdum.
İnqilab Gözətçilərinə məxsus “Ghadir” adlı investisiya şirkəti 40 milyon dolları xaricə çıxarmağı təklif etdi. Mən bə bir neçə gün ərzində bu işi həll etdim. İran hökuməti ilə iş görməyin yollarını öyrəndim. Türkiyədəki şirkətlərdən qazandığım pullarla Tacikistanda “Kont Bank”ı, daha sonra Malayziyada “Firs İslamic Bank”ı qurdum. Bu ilin aprel ayında ABŞ və Avropa Birliyinin İrana tətbiq etdiyi sanksiyalar nəticəsində qara siyahıya salındım. Türkiyə pasportumu itirdim".