Üç prezidentliyə namizəd İŞİD-ə görə bir-birini ittiham etdi

Üç prezidentliyə namizəd İŞİD-ə görə bir-birini ittiham etdiABŞ prezidentliyinə namizədlər İraq-Şam İslam Dövləti (İŞİD) terror təşkilatının uğurlarına görə bir-birilərini ciddi ittiham ediblər.


Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, 2015-cı ildə keçiriləcək seçkilərdə dövlət başçısı postuna Respublikaçılar Partiyasının namizədlərindən biri, keçmiş prezident Corc Buşun qardaşı Ceb Buş bəyan edib ki, Obama administrasiyası İraqdan ABŞ qoşunlarının vaxtından əvvəl çıxmasında günahkardır.

Ceb Buşun fikrincə, Demokratlar Partiyasından prezidentliyə əsas və daha şanslı namizəd hesab edilən keçmiş dövlət katibi Hillari Klinton İraqın terror meydanına çevrilməsinə cavabdehdir.

İttihamlara cavab verən Klinton qeyd edib ki, ABŞ ordusunun İraqdan çıxarılması ilə bağlı razılşama 2011-ci ilin axırlarında, Corc Buş administrasiyası zamanında əldə edilib. O, xatırladıb ki, 2002-ci ildə Konqresdə şəxsən ABŞ ordusunun İraqda hərbi əməliyyatlara başlamasının lehinə səs verib.

Respublikaçı digər namizəd Donald Tramp İŞİD problemini həll etmək üçün ABŞ hərbi kontingentinin İraqa yeridilməsini və yaraqlıların ələ keçirdikləri neft yataqlarının nəzarətə götürülməsini təklif edib: “Onlar vəsaitsiz qalarsa, irəliləyişləri dalana dirənəcək”.






Fikirlər