“Putin adi adam deyil…” – Klinton ABŞ-ı “ağıllı olmağa” səsləyib
ANS PRESS-in məlumatına görə, o, bunu keçən şənbə günü – iyulun 4-dəki çıxışı zamanı bildirib. “Biz Putin və onun ambisiyaları ilə münasibətdə əvvəlkindən daha ağıllı olmalıyıq. O, adi adam deyil… Amma mən düşünmürəm ki, daimi qarşılıqlı əlaqə üçün hər hansı alternativ var”, – deyə Klinton bildirib.
Hillari Klinton iyunun 13-də Nyu-Yorkdakı çıxışı zamanı isə amerikalıları Rusiya, KXDR (Koreya Xalq Demokratik Respublikası) və İrandan gələn “ənənəvi təhlükələrdən” qoruyacağına söz verib.
Qeyd edək ki, iyul ayında ABŞ-ın Demokratlar partiyası prezidentliyə namizədini müəyyən edəcək. Çünki bu post uğrunda Hillari Klintondan başqa daha 3 demokrat mübarizə aparmaq niyyətindədir. Bunlar Vermont ştatının senatoru Berni Sanders, Merilend ştatının keçmiş qubernatorları Rod-Aylenta Martin O’Melli və Linkoln Çeyfidir. ABŞ-da prezident seçkiləri gələn il noyabrın 8-də keçiriləcək.
Xatırladaq ki, Hillari Klinton bundan əvvəl – 1993-2001-ci illərdə həyat yoldaşı Bill Klinton ABŞ prezidenti olan zaman ölkənin birinci xanımı, 2001-2009-cu illərdə Nyu-York ştatının senatoru olub. 2009-2013-cü illərdə isə Hillari Klinton ABŞ-ın dövlət katibi vəzifəsini tutub.