Hillari Klinton eynicinsli nikahları dəstəklədi..

Hillari Klinton eynicinsli nikahları dəstəklədi.. Ali məhkəmə bu nikahlarla bağlı iyunda qərar verəcək.

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Birləşmiş Ştatların Ali Məhkəməsini eynicinsli nikahlara icazə verməyə çağırıb.

"AzerTaym.az" Oxu.az-a istinadən verdiyi xəbər verir ki, Klintonun nümayəndəsi bildirib ki, o, nikahların bərabərliyini dəstəkləyir.

“Klinton ümid edir ki, Ali Məhkəmə eynicinsli nikahların tərəfində olacaq və onların konstitusiya hüquqlarına zəmanət verəcək”, - nümayəndə deyib.

ABŞ-ın Ali məhkəməsinin eynicinsli nikahlarla bağlı cari ilin iyunda qərar verəcəyi gözlənilir.

Öncə yayılmış məlumatlara əsasən, ABŞ prezidentliyinə namizəd Hillari Klintonun seçki qərargahı onun ilk seçkiqabağı videosunu yayıb. Bundan sonra videoçarxda çəkilmiş gey cütlük Hillari Klintonu toylarına dəvət edib.


Hillari Klinton eynicinsli nikahları dəstəklədi..






Fikirlər