Əsas Səhifə > Slayd > Rəsul Quliyevdən Milli Şuraya ağır sözlər :
Rəsul Quliyevdən Milli Şuraya ağır sözlər :11-04-2017, 09:50 |
Zahid Oruc: “Özlərini qərbpərəst aparanlar indi dindarlarla birləşiblər”; Milli Şuranın 8 apreldə keçirdiyi mitinqlə bağlı müzakirələr səngimək bilmir. Aksiyada iştirakçıların sayı daha çox müzakirə olunmaqla yanaşı, aksiyaçıların təmsil etdiyi qütblər və cərəyanlar da ciddi şəkildə gündəm olub. Xüsusilə mitinqdə əsasən dindarların iştirakı ilə bağlı çoxsaylı fikirlər var. Mitinqdən öncə Milli Şura daxilində dindarların aksiyada iştirakı ilə bağlı ciddi fikir ayrılığının yarandığı barədə məlumat vermişdik. Hətta jurnalist Xədicə İsmayılın bu təbəqənin meydana gələcəyi təqdirdə aksiyada iştirak etməyəcəyi barədə Milli Şura rəhbərliyinin qarşısında şərt qoyduğu da üzə çıxmışdı. Amma mitinq günü həm X.İsmayılı, həm də dindarları meydanda gördük. Aksiya günü səslənən dini şüarlar, qaldırılan dini plakatlar da geniş müzakirə edilir. Çoxları hesab edir ki, bir siyasi qurumun tədbirində dindarların bu şəkildə iştirakı Azərbaycanın Qərbə inteqrasiyasına da ciddi zərbədir. Qərbin bu faktordan ölkəmizə qarşı istifadəsi üçün bəhanələrin verildiyi vurğulanır. Mitinqdə Avropa Birliyinin bayraqları ilə yanaşı, dini cərəyanların bayraqlarının dalğalanmasının çox qorxulu tendensiya yaratdığı qeyd edilir. Bir siyasi qurumun meydana daha çox insan toplamaq üçün hər cür varianta əl atması, dövlətçilik dəyərlərini tapdalaması sərt şəkildə tənqid olunur. Maraqlıdır ki, aksiyadan sonrakı günlər ərzində bu məsələ sosial şəbəkələrdə və mətbuatda geniş müzakirələr yaratmasa da, hələ mitinq təşkilatçıları bununla bağlı bir mövqe belə sərgiləməyiblər.
Mitinqlə bağlı hazırda Amerikada mühacir həyatı yaşayan sabiq spiker Rəsul Quliyev də status yazıb. O, Milli Şuranın rəhbərliyinin ünvanına ağır sözlər deyib. Həmin statusu təqdim edirik: “Fotoreportyor Rüstəmxanlının Məhsul stadionunun yanındakı evin yuxarı mərtəbəsindən çəkdiyi mitinqin ponoraması çox neqativ təsir bağışlayır. İlk növbədə o meydanda (15 minlik stadionda) 800-900 adam gözə dəyir. Nəzərə alsaq ki, o adamların ən azı 400-ü mülkü formada olan dövlət məmurları və 200-ə yaxını islamçılardır, Milli Şuranın professorunun çağırışına maksimum 300-400 adam səs verib. Özünün 2013-cü ildə prezident seçildiyini (65 faizlə) iddia edən professorun 15 gün bundan öncə əminliklə və ağzı köpüklənə-köpüklənə ”mitinq keçirmək xalqın sosial tələbidir və bu işi görmək bu gün zərurətdən irəli gəlir" şüarı bu insanın real həyatdan hansı səviyyədə uzaq olduğunu bir daha göstərir..." Rəsul Quliyev Milli Şuranın belə aksiyalarının hakimiyyətin xeyrinə olduğunu bildirib. Geri qayıt |