Əsas Səhifə > Slayd > İnstitut direktoru ANS-lə bağlı bəzi faktları açdı: “Bizə borcları var, deyirlər ki, kişidirlərsə…”
İnstitut direktoru ANS-lə bağlı bəzi faktları açdı: “Bizə borcları var, deyirlər ki, kişidirlərsə…”11-05-2017, 14:23 |
Fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupu yerləşdiyi Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnistitunun ərazisini tərk etməklə bağlı edilən xəbərdarlıqlara məhəl qoymayıb. Zoologiya İnistitutunun son xəbərdarlığı da yerinə yetirilməyib. İnstitutun direktoru Elman Yusifov Cebhe.info-nun suallarını cavablayarkən belə deyib. -Son vəziyyəti öyrənmək istəyərdik. ANS ərazini tərk etməyi düşünürmü? -Polislər işə qarışıbmı? -Bu vaxtadək nə qədər xəbərdarlıq məktubu yollamısız? -Maraqlıdır digər ərazi niyə möhürlənməyib? Müəmma doğuran başqa bir məsələ isə möhürlənən ərazinin də sizə aid olub- olmamasıdır. -Əslində, burda da bir uyğunsuzluq var. ANS faktiki olaraq 3 min kvadrat metrdən artıq ərazinin olduğunu göstərir. Amma nədənsə Əmlak Məsələləri üzrə Dövlət Komitəsində bu sahələr az göstərilir. Min kvadrat metr ərazi möhürlənib, biz bilmirik ki, orda nə var. Ərazi polis orqanları tərəfindən mühafizə edilir. 600 kvadrat metrdən artıq ərazi, hansı ki, studiya olub, ordan da anbar kimi istifadə edilir. ANS-in rəhbərliyinin başqa sahələri var. Məsələn, Qobuda onların əraziləri var. Həmçinin Dadlılar Makaron fabriki də onlara məxsusdur. Bu qədər böyük əraziləri olsa da, ödənişşsiz ərazimizi zəbt ediblər. - Artıq müəyyən qədər möhlət vermisiz. Lakin ANS rəhbərliyi heç bir xəbərdarlığa cavab vermir. Bu müddətdə dəfələrlə xəbərdarlıq etsəz də, əşyaları ərazidən çıxartmamısız. - Bilirsiniz necədir, artıq 25 illik bir münasibətimiz var. 25 ildir ki, onlarla səmimi münasibətimiz olub. Amma nədənsə rəhbərlik emosiyaya qapılır. Biz də etik olaraq bu cür addım atmağa yaxşı baxmırıq ki, telekanal fəaliyyətini dayandırıb, biz də onların avadanlıqlarını çölə ataq. Görünür onlar vəziyyətdən sui-istifadə edir. - Ən son həddə hansı addımı atacaqsınız? Geri qayıt |