Əsas Səhifə > Slayd > ABS “İslam NATO”su yaradır
ABS “İslam NATO”su yaradır18-05-2017, 09:00 |
İsrail nəşrindən sensasion iddia – Vaşinqton de-marşa hazırlaşır?; Prezident Trapm xaricə ilk səfərini ortaq İslam ordusu təşəbbüskarı olan Səudiyyə Ərəbistanına edəcək; Azərbaycan və Türkiyə də sammitə dəvətlidir; ÜAK-ın ləğvindən sonra Bakı üçün unikal fürsət yaranıb – ABŞ-a reverans, yoxsa... ABŞ Prezidenti Donald Tramp xaricə ilk səfərini Səudiyyə Ərəbistanına edəcək. Burada o, Fars körfəzinin ərəb ölkələrinin başçıları ilə görüşəcək. Ər-Riyadda həmçinin Ərəb-İslam sammiti keçiriləcək. Görüşə Azərbaycan və Türkiyə də daxil olmaqla, 18 ölkə yüksək çinli rəsmisinin qatılacağı gözlənilir. İran sammitə dəvət olunmayıb. Lakin ən önəmlisi odur ki, səfər zamanı “İslam NATO-su”nun yaradılacağının elan edilməsi gözlənilir. Bu barədə informasiyanı İsrail kəşfiyyatına yaxınlığı ilə seçilən “Debka” informasiya portalı yayıb (axar.az). Sayt ər-Riyadın Trampın səfərinə xüsusi önəm verdiyini açıqlayıb. *** Qeyd edək ki, Azərbaycan və Türkiyənin sammitdə hansı səviyyədə təmsil olunacağı haqda hələlik məlumat yoxdur. Ehtimal ki, rəsmi Bakı tədbirlə bağlı öz qərarını Türkiyə ilə razılaşdırılmış şəkildə verəcək. Bütün hallarda sammit çox önəmli olduğu və dünyanın 1 nömrəli fövqəldövlətinin moderatorluğu ilə keçiriləcəyi üçün Azərbaycanın da yüksək səviyyədə təmsilçiliyini ehtimal eləmək mümkündür.
***
Qardaş ölkə isə sözsüz ki, ideyaya sırf öz milli maraqları çərçivəsində yanaşacaq. Başqa sözlə, öncəliklə Türkiyənin əsas narahatlığı olan PKK-YPG problemi ilə bağlı ABŞ-la nə dərəcədə anlaşma əldə ediləcəyi mühüm rol oynayacaq. Türkiyəsiz “İslam NATO-su” isə amorf bir qurum olar ki, bunu da yəqin ki, hamıdan çox rəsmi Vaşinqton yaxşı başa duruş. Ümumiyyətlə, bölgədəki son dramatik hadisələr də göstərdi ki, Ankaranın yaxından iştirakı və dəstəyi olmadan regionun heç bir ciddi problemi yoluna qoyula, bölgəyə daimi sülh gələ bilməz. Bundan ötrü isə Türkiyənin regiondakı əsas maraqları ciddiyə alınmalıdır. *** Konkret olaraq, Rusiyanın “İslam NATO-su”ndan dolayı Azərbaycanla bağlı narahatlığına gəlincə isə, gerçək belədir ki, Azərbaycanın ciddi etirazlarına rəğmən, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvi bir daha göstərdi ki, Rusiya üçün bizim milli maraqlar sonuncu yerlərdən birini tutur və Moskva yeri gələndə bizi qulaqardı edir. O zaman niyə Azərbaycan da öz milli mənafeyinə uyğun hərəkət eləməsin - özü də Türkiyə ilə birgə və üstəlik, ÜAK qalmaqalından sonra? Bəlkə də əksinə, ÜAK olayına görə əsl məqamıdır ki, ABŞ-a, Qərbə güclü reverans eləməklə şimal qonşumuza sərt üzümüzü göstərək, ona ismarış göndərək. Təbii k, qardaş ölkə ilə sinxron siyasət aparmaqla, birgə hərəkət eləməklə...
Geri qayıt |