ABS “İslam NATO”su yaradır – Bakı üçün də ÇƏTİN SEÇİM
İsrail nəşrindən sensasion iddia – Vaşinqton de-marşa hazırlaşır?; Prezident Trapm xaricə ilk səfərini ortaq İslam ordusu təşəbbüskarı olan Səudiyyə Ərəbistanına edəcək; Azərbaycan və Türkiyə də sammitə dəvətlidir; ÜAK-ın ləğvindən sonra Bakı üçün unikal fürsət yaranıb – ABŞ-a reverans, yoxsa... ABŞ Prezidenti Donald Tramp xaricə ilk səfərini Səudiyyə Ərəbistanına edəcək. Burada o, Fars körfəzinin ərəb ölkələrinin başçıları ilə görüşəcək. Ər-Riyadda həmçinin Ərəb-İslam sammiti keçiriləcək. Görüşə Azərbaycan və Türkiyə də daxil olmaqla, 18 ölkə yüksək çinli rəsmisinin qatılacağı gözlənilir. İran sammitə dəvət olunmayıb. Lakin ən önəmlisi odur ki, səfər zamanı “İslam NATO-su”nun yaradılacağının elan edilməsi gözlənilir. Bu barədə informasiyanı İsrail kəşfiyyatına yaxınlığı ilə seçilən “Debka” informasiya portalı yayıb (axar.az). Sayt ər-Riyadın Trampın səfərinə xüsusi önəm verdiyini açıqlayıb.
*** Qeyd edək ki, Azərbaycan və Türkiyənin sammitdə hansı səviyyədə təmsil olunacağı haqda hələlik məlumat yoxdur. Ehtimal ki, rəsmi Bakı tədbirlə bağlı öz qərarını Türkiyə ilə razılaşdırılmış şəkildə verəcək. Bütün hallarda sammit çox önəmli olduğu və dünyanın 1 nömrəli fövqəldövlətinin moderatorluğu ilə keçiriləcəyi üçün Azərbaycanın da yüksək səviyyədə təmsilçiliyini ehtimal eləmək mümkündür.
***
Qardaş ölkə isə sözsüz ki, ideyaya sırf öz milli maraqları çərçivəsində yanaşacaq. Başqa sözlə, öncəliklə Türkiyənin əsas narahatlığı olan PKK-YPG problemi ilə bağlı ABŞ-la nə dərəcədə anlaşma əldə ediləcəyi mühüm rol oynayacaq. Türkiyəsiz “İslam NATO-su” isə amorf bir qurum olar ki, bunu da yəqin ki, hamıdan çox rəsmi Vaşinqton yaxşı başa duruş. Ümumiyyətlə, bölgədəki son dramatik hadisələr də göstərdi ki, Ankaranın yaxından iştirakı və dəstəyi olmadan regionun heç bir ciddi problemi yoluna qoyula, bölgəyə daimi sülh gələ bilməz. Bundan ötrü isə Türkiyənin regiondakı əsas maraqları ciddiyə alınmalıdır. ***
Konkret olaraq, Rusiyanın “İslam NATO-su”ndan dolayı Azərbaycanla bağlı narahatlığına gəlincə isə, gerçək belədir ki, Azərbaycanın ciddi etirazlarına rəğmən, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvi bir daha göstərdi ki, Rusiya üçün bizim milli maraqlar sonuncu yerlərdən birini tutur və Moskva yeri gələndə bizi qulaqardı edir. O zaman niyə Azərbaycan da öz milli mənafeyinə uyğun hərəkət eləməsin - özü də Türkiyə ilə birgə və üstəlik, ÜAK qalmaqalından sonra? Bəlkə də əksinə, ÜAK olayına görə əsl məqamıdır ki, ABŞ-a, Qərbə güclü reverans eləməklə şimal qonşumuza sərt üzümüzü göstərək, ona ismarış göndərək. Təbii k, qardaş ölkə ilə sinxron siyasət aparmaqla, birgə hərəkət eləməklə...
“Hazırda İranın başı prezident seçkisinə qarışıb (seçkilər mayın 19-na nəzərdə tutulub).Tehran ər-Riyadda gerçəkləşəcək Amerika-İslam toplantısını narahatlıqla izləyir. Ona görə ki, qurulması planlaşdırılan İslam ordusunun məqsədi İŞİD-lə mübarizə olmayacaq. Bu ordu daha çox İran, İraq, Suriya və Livan Hizbullahına qarşı mübarizə aparacaq. ”İslam NATO-su" ABŞ tərəfindən özəlliklə Yaxın Şərqdəki böhranlarla mücadilə üçün yaradılır. Bu ordu ABŞ və İsraildən də geniş dəstək alacaq", - deyə nəşr iddia edib.
“İslam NATO-su” ideyasına gəlincə, belə bir hərbi qurumun yaradılması sözsüz ki, ən çox İran və Rusiyanı narahat edəcək. İranla bağlı əsas motiv aydındır və ona yuxarıda əslində toxunuldu. O da bəllidir ki, prezident Donald Tramp sələfi Barak Obamadan fərqli olaraq, rəsmi Tehrana qarşı sərt kursun tərəfdarıdır və bunu gizlətmir də. O, Ağ Evə yiyələnər-yiyələnməz hətta İranla “altılığın” nüvə anlaşmasını ləğv etməyə kurs götürüb.
Rusiyaya gəlincə, “İslam NATO”su Kremlin maraqlarına da cavab vermir. Çünki: 1. Moskvanın regiondakı manevr və hərbi müdaxilə imkanlarını daraldacaq, demək, Rusiyanın maraqlarına əngəl yaradacaq; 2. Suriya və digər Yaxın Şərq məsələlərində Kremlin strateji tərəfdaşı olan İranın mövqeyinə zərbə vuracaq; 3. Regional rəqib və supergüc kimi Türkiyənin bölgədə təsir imkanlarını artıracaq.
Yada salaq ki, hələ ötən ilin sonlarında rəsmi ər-Riyad (Səudiyyə Ərəbistanı) ortaq “İslam ordusu” yaradılması təklifi ilə çıxış eləmişdi. Analoji müraciət Bakıya da göndərilmişdi. O zaman Azərbaycan XİN başçısı Elmar Məmmədyarov məsələnin rəsmi Bakı tərəfindən öyrənildiyini söyləmişdi. Daha sonra bu məsələ gündəmdən, demək olar, çıxdı.
İndi isə ABŞ tərəfindən təzədən gündəliyə qaytarılır. Amerika isə təbii ki, İranla ədavətdə olan Səudiyyə Ərəbistanı deyil. Bu mənada Azərbaycanın məsələdə, bütövlükdə sammitdə hansı mövqe tutacağı çox maraqlıdır. Rəsmi Bakı faktiki şəkildə İran və Rusiya maraqlarına qarşı olan bir hərbi strukturda necə, əksər islam dövlətləri kimi yer alacaqmı?
Doğrudur, Azərbaycan “Bloklara qoşulmamaq” hərəkatının üzvüdür. Lakin bir şey də var ki, “İslam NATO”su bizim milli maraqlarımıza zidd də deyil. Ötə yandan, rəsmi Bakı yəqin ki, məsələdə qardaş Türkiyə ilə sinxron hərəkət edəcək. Əslində Türkiyə harada, Azərbaycan da orda olmalıdır. Demirikmi ki, “Bir millət - iki dövlət”?