Əsas Səhifə > Slayd > Dəhşətli statistika:
Dəhşətli statistika:1-08-2017, 12:20 |
Qız uşağına görə abort məsələsi hələ də problem olaraq qalır. Azərbaycanda hələ də bir çox ailələr qız uşağının dünyaya gəlməsinə faciə kimi baxır, bu məsələdə birmənalı şəkildə olaraq qadını günahkar hesab edirlər. Bu günlərdə Lənkəranın Darquba kəndində baş verən dəhşətli qətl də dediklərimizin bariz nümunəsidir. Beşgünlük Mələk Şaiq qızı Nurullayeva 5 gün əvvəl səhər saatlarında oğurlanıb. Yuxudan oyanan qadın körpəni görmədiyindən yaxınlarını xəbərdar edib, ailə üzvləri bu barədə polisə məlumat veriblər. Hadisə zamanı evdə qayınana və körpənin atası da olub. Oğurlanan körpənin cəsədi quyudan tapılıb. Quyudan çıxarılan körpənin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyi araşdırılır. Qeyd edək ki, M. Nurullayeva ailənin ikinci qız övladı olub. Bu amil isə belə düşünməyə əsas verir ki, körpənin günahı onun məhz qız uşağı olmasıdır. Olduqca dəhşətli mənzərədir. Və bir çox manyak təfəkkürlü insanların ailədə yaratdığı söz-söhbətin nəticəsidir ki, Azərbaycanda hələ də bir çox atalar qız uşağının dünyaya gəlməsini istəməyərək, qadınlarını aborta göndərirlər. Statistik göstəricilərə əsasən, Azərbaycanda abortların sayı durmadan artır. Belə ki, 2014-cü ildə 27220, 2015-ci ildə 27452 abort qeydə alındığı halda, keçən il bu rəqəm 34569-a çatıb. Onu da vurğulayaq ki, abortların sayının artmasına birbaşa təsir edən başlıca amil qız uşaqlarının dünyaya gəlməsini əvvəlcədən öyrənmək imkanının əldə edilməsidir. Belə ki, müasir texnologiya dünyaya gələcək uşağın cinsiyyətini əvvəlcədən müəyyən etməyə imkan verdiyindən bəzi valideynlər qız uşağından “yaxa” qurtarmaq üçün aborta üstünlük verirlər. Buradan belə məlum olur ki, qız uşaqlarının abort olunmasında əsas məsuliyyət həkimlərin üzərinə düşür. Məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında tibb elmləri doktoru Adil Qeybulla qız uşağına görə abort hallarının azalmağa doğru getdiyini söyləsə də, abortların ümumi sayında onun xüsusi çəkisi olduğunu da bildirdi:
Məsələnin sosioloji tərəfinə toxunan sosioloq Əhməd Qəşəmoğlu isə oğlan uşaqlarının çox olmasını mənəvi cəhətdən mənfi hal kimi dəyərləndirsə də, demoqrafiq cəhətdən onun təhlükəli olmadığını dedi: “Qədimdən yaşadığımız ərazidə oğlan uşağının dünyaya gəlməsinə daha yaxşı hal kimi baxıblar. Yəni oğlan uşaqlarının dünyaya gəlməsinə üstünlük vermək tendensiyası qədim zamanlardan özünü göstərir. Amma o dövrlər dünyaya gələn uşağın oğlan və yaxud qız olacağı əvvəlcədən bilinmirdi. İndi isə UZİ-nin ortaya çıxması ilə uşağın cinsini əvvəlcədən müəyyən etmək olar. İndiki dövrdə həmçinin cəmiyyətimizin günü-gündən mürəkkəbləşməsi, iqtisadi cətinliklər də qız uşaqlarının abort edilməsi hallarına rəvac verir. Bu fonda atalar adətən, oğlan övladının olmasını istəyir ki, böyüyəndə ona iqtisadi baxımdan da kömək edə bilsin. Hazırda qız uşağının saxlanılması xərci çox, onun işə düzəlmə imkanları azdır.
Geri qayıt |