Əsas Səhifə > Slayd, Cəmiyyət > Bakıda millət vəkili insanların yolunu kəsib - FOTO
Bakıda millət vəkili insanların yolunu kəsib - FOTO11-11-2014, 10:04 |
![]() Sakinlər Milli.Az-a şikayətləniblər ki, 2000 mənzilli bir kompleksdə maşınlarını saxlamaq üçün yer tapmadıqları bir vaxtda, gözləmədikləri halla üzləşiblər. Binanın altında açılmış mağazanın sahibi orada maşın saxlamağa icazə vermir. Maşınını saxlamaq üçün yer tapmayan sürücülər isə məcbur olub avtomobillərini yol kənarında park edirlər. ![]() Yaşayış kompleksində xidməti həyata keçirən NT servisin rəhbəri Ramin Həsənov Milli.Az-a bildirdi ki, onda belə bir məlumat yoxdur. Məsələni araşdırandan sonra hər hansı fikir bildirə bilər. Mağazanın sahibi olduğu iddia olunan Ayaz Orucovla əlaqə saxlamaq mümkün olmadı. Geri qayıt |