Bakıda millət vəkili insanların yolunu kəsib - FOTO

Bakıda millət vəkili insanların yolunu kəsib - FOTOBakıda çoxmənzilli binanın sakinləri üçün arzuolunmaz qonaq gəlib. Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki “Uğur-2” kompleksinin sakinlərinin qonağı isə nədənsə özünü heç qonaq kimi aparmır.

Sakinlər Milli.Az-a şikayətləniblər ki, 2000 mənzilli bir kompleksdə maşınlarını saxlamaq üçün yer tapmadıqları bir vaxtda, gözləmədikləri halla üzləşiblər. Binanın altında açılmış mağazanın sahibi orada maşın saxlamağa icazə vermir.
Maşınını saxlamaq üçün yer tapmayan sürücülər isə məcbur olub avtomobillərini yol kənarında park edirlər.


Bakıda millət vəkili insanların yolunu kəsib - FOTOSakinlər bildirirlər ki, mebel mağazası cəmi bir neçə gündür fəaliyyətə başlayıb və Beyləqan rayonundan olan millət vəkili Ayaz Orucovundur.

Yaşayış kompleksində xidməti həyata keçirən NT servisin rəhbəri Ramin Həsənov Milli.Az-a bildirdi ki, onda belə bir məlumat yoxdur. Məsələni araşdırandan sonra hər hansı fikir bildirə bilər.

Mağazanın sahibi olduğu iddia olunan Ayaz Orucovla əlaqə saxlamaq mümkün olmadı.






Fikirlər