Əsas Səhifə > Slayd > SEL bu dəfə Tovuzu “VURDU”
SEL bu dəfə Tovuzu “VURDU”10-06-2018, 14:40 |
Bu gün səhər saat 05.00 radələrindən başlayaraq 2 saat ərzində Tovuzda leysan xarakterli yağış yağıb. *** “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, gecə saatlarında güclü küləyin Tovuz rayonunun mərkəzi və Qovlar qəsəbəsində elektrik enerjisi təchizatında yaratdığı fəsadlar qurumun əməkdaşları tərəfindən aradan qaldırılıb. Onun sözlərinə görə, hazırda rayonun mərkəzi və bütün qəsəbə və kəndlərinin elektrik enerjisi təchizatı fasiləsiz təmin edilir.
Geri qayıt |