SEL bu dəfə Tovuzu “VURDU” - FOTOLAR

Sel bu dəfə Tovuzu “vurdu”

Bu gün səhər saat 05.00 radələrindən başlayaraq 2 saat ərzində Tovuzda leysan xarakterli yağış yağıb.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, nəticədə kənd təsərrüfatına sahələrinə, xüsusən taxıl sahələrinə ciddi ziyan dəyib.
 
Rayon mərkəzinə elektrik enerjisi verilişi dayanıb. Bəzi yaşayış yerləri və ticarət obyektlərinin zirzəmilərinə su dolub. Həmçinin rayon mərkəzində iki yeraltı keçidi su basıb, bir avtomobil  keçiddə qalıb.
 
Hazırda leysanın fəsadlarının aradan qaldırılması üçün tədbirlər görülür.

***

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, gecə saatlarında güclü küləyin Tovuz rayonunun mərkəzi və Qovlar qəsəbəsində elektrik enerjisi təchizatında yaratdığı fəsadlar qurumun əməkdaşları tərəfindən aradan qaldırılıb. 

Onun sözlərinə görə, hazırda rayonun mərkəzi və bütün qəsəbə və kəndlərinin elektrik enerjisi təchizatı fasiləsiz təmin edilir.

 

 






Fikirlər