05.05.2014. - Bəzi rayonlara güclü dolu yağıb
ANS-in bölgə müxbirinin verdiyi xəbərə görə, küləklə müşayət olunan dolu 30 dəqiqə ərzində evlərin dam örtüklərinə və şəxsi avtomobillərə ziyan vurub. Yağan dolunun ən xırdası fındıq ən böyüyü isə yumurta boyda olub.
Rayonların enerji təsərrüfatında da problemlər yaranıb, bəzi yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizatı dayanıb. Nəticədə rayona elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Göyçaya düşən dolu kənd təsərrfüatına da ziyan vurub. Belə ki, meyvə ağacları və istixanalar yağan güclü dolu nəticəsində tamamıilə bərbat vəziyyətə düşüb. Aağacların yarpaqları və üzərində olan meyvələr tələf olub. İstixanaların üzərində olan sellofon örtüklər cırılaraq məhsulları yararsız hala salıb. Yaranmış mənzərə isə budur: ağacların budaqları sınıb, evlərin damlarında çatlar əmələ gəlib. Dolunun vurduğu ziyanın həcmi hələlik məlum deyil.
Təbii fəlakət Göyçayla bərabər qomşu rayonlardanda də yan keçməyib. Güclü küləklə müşayət olunan leysan Ağdaş Qəbələ İsmayıllı rayonunda da fəsadlar törədib. Anidən başlayan yağıntı qısa zamanda evlərə və sosial obyektlərin dam örtüyü iş yerlərinə və avtomobillərə ciddi ziyan vurub.
Elektrik enerjisinin verilişində, rabitə sahəsində, əhalinin içməli su ilə təminatında problemlər yaranıb. Külək bəzi kəndlərdə evlərin dam örtüklərini uçurub. Güclü dolu kəndlərindəki əkin sahələrinə xüsüsəndə taxıla ciddi ziyan vurub.