03.03.2014. - AXCP-nin mərkəzi qərargahında güclü partlayış -Yenilənib (Fotolar
Deyerler.org-un məlumatına görə, bu barədə partiyanın mətbuat katibi Natiq Ədilov özünün Facebook səhifəsində bildirib.
O qeyd edib ki, partlayış partiyanın zirzəmisindəki bərbərxanada, gecə saat 04:35 radələrildə baş verib. Partlayış nəticəsində qərargahın zalı zədə alıb.
“Biz ümidvar olmaq istəyirik ki, partlayış AXCP-yə qarşı növbəti məkrli planın tərkib hissəsi deyil. Medianı baş verən hadisəni diqqətdə saxlamağa, dərin araşdırma aparmağa səsləyirik", - deyə Natiq Ədilov bildirib.
O qeyd edib ki, partiya yetkililərinin hadisəyə uyğun açıqlaması olacaq"(Deyerler.org).
"Amerikanın səsi"nin hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, binanın bir neçə hissəsində çat yaranıb. "Partlayışın gücündən binanın içərisində olan avadanlığa da ziyan dəyib. İtki və ya xəsarət alan yoxdur" deyə Amerikanın Səsinin müxbərir bildirir.
AXCP-nin baş qərargahının yerləşdiyi binanın zirzəmisini icarəyə götürmüş biznesmen "Amerikanın səsi"nə bildirib ki, zirzəmi üzlük daşlar anbarıdır və orada heç zaman qaz balonundan və ya qazdan istifadə edilməyib. "Dünən axşam saatlarında biz zirzəmini tərk etmişik və orada hər hansı qaz balonu olmayıb" deyə adının çəkilməsini istəməyən biznesmen bildirib.
AXCP rəhbərliyi partlayışın qəsdən törədildiyini istina etmir.