Rusiyada dəmiryol vağzalında partlayış, 18 ölü (YENİLƏNİB,FOTO)
İlkin məlumata görə, hadisəni kamikadze qadın törədib. O, üzərindəki partlayıcı qurğunu işə salıb.
Saat 13:39
Rusiyanın Volqoqrad şəhərində dəmiyol vağzalında partlayış baş verib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 10 nəfər həyatını itirib, 6 nəfər ağır bədən xəsarəti alıb. Partlayışın səbəbləri araşdırılır.
Rusiya DİN-dən verilən məlumata görə, hadisə vağzalın birinci mərtəbəsində giriş qapısı ilə turniketin arasında baş verib. Hadisə yeri mühasirəyə alınıb.
Xatırladaq ki, oktyabr ayının sonunda da bu şəhərdə terror hadisəsi baş vermişdi. Krasnoyarsk rayonunda hərəkət edən aftobusun salonunda bomba partladılması nəticəsində 6 nəfər və hadisəni törədən qadın həyatını itirmişdi. 40 nəfər isə xəsarət almışdı. Terror hadisəsini 30 yaşlı Naida Asiyalovanın törətdiyi bildirilib.