18.02.2014. - Çörək zavodunda partlayış: 5 yaralı

18.02.2014. -  Çörək zavodunda partlayış: 5 yaralıAzərbaycanın Beyləqan rayonunda çörək zavodunda partlayış olub.

Beyləqan Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, qaz sızmasının səbəb olduğu partlayış nəticəsində zavodun işçiləri - 1966-cı il təvəllüdlü Vəzifə Süleymanova, 1964-cü il təvəllüdlü Nəzakət Quliyeva, 1960-cı il təvəllüdlü Xalidə Həsənova, 1967-ci il təvəllüdlü Zemfira Abbasova və 1958-ci il təvəllüdlü Məxsurə Cəfərova müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.






Fikirlər