28.01.2014. - Balakəndə ağır yol qəzası: 2 ölü, 1 yaralı
Balakən rayonu Qullar kənd sakini, 1985-ci il təvəllüdlü, Saramanov Çinqiz Məhəmməd oğlu idarə etdiyi “VAZ 2106” markalı, 08 BD 169 dövlət nömrə nişanlı avtomobillə Qullar kəndindən rayon mərkəzi istiqamətində hərəkətdə olarkən, yolun kənarındakı piyada, Qullar kənd sakini 1960-cı il təvəllüdlü Bodurova Məryəm Cəlal qızını vurub. Çinqiz Saramanov Məryəm Bodurovanın vurduqdan sonra avtomobilin hərəkət istiqamətini itirərək maşını yolun kənarındakı hasara çırpıb. Baş vermiş qəza nəticəsində piyada Məryəm Bodurova və Çinqiz Saramanov aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər.
Çinqiz Saramanovun avtomobilində olan sərnişin, Qullar kənd sakini 1986-cı il təvəllüdlü Akubayev Sərxan Nadir oğlu isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib.
Balakən MRX-dan APA-ya verilən məlumata görə, Sərxan Akubayevin hazırda vəziyyəti orta-ağır hesab edilir, müalicəsi xəstəxanada aparılır.
Fakla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.