Bayram, yoxsa qətliam: 28 ölü, 126 yaralı
Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, dekabrın 31-i, yanvarın 1-5-i tarixlərində respublika yollarında ümumilikdə 80 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 28 nəfər həlak olub. Daha 126 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Təkcə son sutka ərzində ölkə yollarında baş vermiş 15 qəzada 6 nəfər ölüb, 20 nəfər isə yaralanıb. Lənkəranda baş vermiş ağır qəzada bir ailənin 3 üzvü dünyasını dəyişib.
31 dekabr: 9 hadisə, 3 ölü, 17 yaralı
1 yanvar: 11 hadisə, 6 ölü, 28 yaralı
2 yanvar: 12 hadisə, 8 ölü, 15 yaralı
3 yanvar: 19 hadisə, 3 ölü, 27 yaralı
4 yanvar: 14 hadisə, 2 ölü, 19 yaralı
5 yanvar: 15 hadisə, 6 ölü, 20 yaralı