Kürəkən qayınatasını və qayınanasını güllələyib

Hadisə Novxanı bağlarında qeydə alınıb
Kürəkən qayınatasını və qayınanasını güllələyib
Azərbaycanın Abşeron rayonunda dəhşətli qətl törədilib. Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Novxanı bağlarında qeydə alınıb.

Rayon sakini 1978-ci il təvəllüdlü Bayram Mirzəağa oğlu Həsənov ailə münaqişəsi zəminində qayınatası, 1966-cı il təvəllüdlü Nəzər Qəmbər oğlu Hüseynovu və qayınanası, 1966-cı il təvəllüdlü Rəfiqə İbrahim qızı Hüseynovanı güllələyib. Nəticədə onların hər ikisi aldıqları güllə yarasından hadisə yerindəcə keçiniblər.

Qətli törədən B.Həsənov saxlanılıb. Ondan hadisədə istifadə etdiyi 1 ədəd ov tüfəngi götürülüb. Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.






Fikirlər