Bakıda oğul anasını xüsusi amansızlıqla öldürdü
Bakıda dəhşətli qətl baş verib. Bakı şəhər Baş Polis İdarəsindən [size=4]Azertaym.az-a verilən məlumata görə, hadisə dekabrın 18-də qeydə alınıb. Bakıxanov qəsəbəsinin sakini Mürsəl Dünyamalıyev yaşadığı İnşaatçılar küçəsindəki evində, qısqanclıq zəminində anası Cəmilə Dünyamalıyevanı çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. O, daha sonra könüllü olaraq Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsinə gələrək təslim olub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.