Əsas Səhifə > Slayd > İMAMOĞLUNA BƏLƏDİYYƏ BAŞQANI MANDATI
İMAMOĞLUNA BƏLƏDİYYƏ BAŞQANI MANDATI17-04-2019, 17:31 |
Qeyd edək ki, bu gün İstanbulun Maltəpə rayonunda səslərin yenidən sayılmasının başa çatmasından sonra yekun protokol yerli seçki komissiyasına təhvil verilib. Hakim AKP-nin və müttəfiqi MHP-nin İstanbul üzrə seçki nəticələrinin ləğv edilməsi barədə Yüksək Seçki Kurumuna verdikləri şikayətlərə baxmayaraq seçkilərin qalibi olan Əkrəm İmamoğlu bələdiyyə başqanı seçildiyi haqda mandatı almaq üzrədir. Türkiyə KİV-lərinin xəbərlərinə görə CHP-nin İstanbul təşkilatına seçki komissiyasından Əkrəm İmamoğlunun mandatını alması üçün dəvət edildiyini bildiriblər. Bu dəqiqələrdə CHP-nin İstanbul təşkilatının rəhbəri Canan Kaftançıoğlu bir qrup tərəfdaşı ilə birlikdə İstanbul seçki komissiyasına gedib. O, yerli vaxtla saat 16.00-da İmamoğlunun mandatının veriləcəyini bildirib. Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib.
Geri qayıt |