İMAMOĞLUNA BƏLƏDİYYƏ BAŞQANI MANDATI VERİLİR – VİDEO

 

c2871022-579f-4226-8582-f11ee46ca106İstanbulun Əyalət Seçki Komissiyası Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğluna İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri vəsiqəsinin təqdim edilməsi barədə qərar qəbul edib. “Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bu barədə CHP-nin İstanbul əyalət təşkilatından bildirilib.

Qeyd edək ki, bu gün İstanbulun Maltəpə rayonunda səslərin yenidən sayılmasının başa çatmasından sonra yekun protokol yerli seçki komissiyasına təhvil verilib.

Hakim AKP-nin və müttəfiqi MHP-nin İstanbul üzrə seçki nəticələrinin ləğv edilməsi barədə Yüksək Seçki Kurumuna verdikləri şikayətlərə baxmayaraq seçkilərin qalibi olan Əkrəm İmamoğlu bələdiyyə başqanı seçildiyi haqda mandatı almaq üzrədir.

Türkiyə KİV-lərinin xəbərlərinə görə CHP-nin İstanbul təşkilatına seçki komissiyasından Əkrəm İmamoğlunun mandatını alması üçün dəvət edildiyini bildiriblər. Bu dəqiqələrdə CHP-nin İstanbul təşkilatının rəhbəri Canan Kaftançıoğlu bir qrup tərəfdaşı ilə birlikdə İstanbul seçki komissiyasına gedib. O, yerli vaxtla saat 16.00-da İmamoğlunun mandatının veriləcəyini bildirib.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib.

 






Fikirlər