“Anadolu” səslərin 100 faizini açıqladı - İstanbulda kim KİM QALİB GƏLDİ...

“Anadolu” səslərin 100 faizini açıqladı

Anadolu” agentliyi dünən Türkiyədə keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı İstanbul üzrə sandıqların 100 faizinin açıldığını və hesablandığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, agentliyin qeyri-rəsmi statistikasına görə, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu səslərin 48,79 faizini (4 milyon 169 min 987) qazanaraq qalib olub.

İqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım isə 48,51 faiz (4 milyon 146 min 42) səs toplayıb.

Beləliklə, İmamoğlu Yıldırımdan 23 min 945 səs daha çox toplayıb.

Türkiyə Mərkəzi Seçki Komissiyası isə hələlik rəsmi rəqəmləri açıqlamayıb.






Fikirlər