GÜRCÜSTAN MSK: Prezident seçkilərində səslərin 97 faizi hesablanıb, Salome Zurabişvili LİDERDİR YENİLƏNİB

Gürcüstan Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turu ilə bağlı ilkin nəticələri açıqlayıb.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabişvili səslərin 57,48%-ni (315 697 səs), müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 42,52%-ni (233 563 səs) əldə edib.

İlkin nəticələr 1 337 seçki məntəqəsini əhatə edir.

***

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) bu vaxta qədər seçki məntəqələrinin yarısından çoxu üzrə səsvermə nəticələrini elan edib.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabişvili 58,11%, müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 41,89% qazanıb.

Prezident seçkilərinin ikinci turu ilə bağlı 3705 seçki məntəqəsi fəaliyyət göstərib. Nəticələr 1970 seçki məntəqəsini əhatə edir.

***

Gürcüstan Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turun ilkin nəticələrini açıqlayıb.

MSK-nın sədri Tamar Jivaniya deyib ki, seçki məntəqələri saat 20:00-da bağlanıb və bundan sonra səslərin hesablanmasına başlanılıb. Ölkə üzrə 3705 məntəqədən daxil olan bülletenlərin 50,74 faizi sayılıb.

Hesablanmış 50,74 faiz səsin nəticələrində görə, “Güc birlikdədir” müxalifət blokunun namizədi Qriqol Vaşadze 41,97 faiz, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zurabişvili isə 58,03 faiz səs toplayıb.

T.Jivaniya bir daha vurğulayıb ki, bu, yalnız hesablanmış 50,74 faiz bülletenlərin nəticələridir.

***

Gürcüstanın Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turunda səslərin 97 faizinin hesablanmasından sonra məlumatları açıqlayıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, rəsmi göstəricilərə əsasən hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabişvili səslərin 59,6 faizini, müxalifətdən olan namizəd Qriqol Vaşadze isə 40,4 faiz səs toplayıb.

Bildirilir ki, Zurabişvilini 1,1 milyondan çox, Vaşadzeni isə 766 min seçici dəstəkləyib.






Fikirlər