Əkrəm İmamoğlu yasa getdi - Onu belə qarşıladılar
Fənərbağça İdman Klubunun tərəfdarları İstanbul bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlunu “Mustafa Kamalın əsgərləriyik” şüarı ilə qarşılayıb. Teleqraf.com xəbər verir ki, hadisə Fənərbağça İdman Klubunun vəfat edən məşhur siması Can Bartunun cənazə mərasimi zamanı qeydə alınıb. Qeyd edək ki, Can Bartun üçün Ülkər stadionunda anım mərasim keçirilib. Əkrəm İmamoğlu da Bartun üçün keçirilən mərasimə qatılıb. Bu zaman tədbirdə olan Fənərbağça tərəfdarları İmamoğlunu şüarla qarsalayıblar.