Əsas Səhifə > Slayd, Cəmiyyət > 12 avqust - Xəzər dənizinin ətraf mühitinin mühafizəsi günüdür
12 avqust - Xəzər dənizinin ətraf mühitinin mühafizəsi günüdür12-08-2015, 10:13 |
![]() Qeyd edək ki, Konvensiyanın imzalanması üçün BMT-nin Ətraf Mühit Proqramının və digər beynəlxalq təşkilatların dəstəyi ilə 1995-ci ildən başlayaraq uzun illik hökumətlərarası danışıqlar aparılıb və nəhayət Tehran Konvensiyası beş Xəzəryanı dövlətin hökumətləri tərəfindən ratifikasiya olunduqdan sonra 12 avqust 2006-cı il tarixində qüvvəyə minib. "AzerTaym.az" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki,bundan sonra hər il 12 avqust “Xəzər günü” kimi qeyd edilir. Qəbul olunduğu şəhərin adı ilə bağlı olaraq, həmçinin “Tehran Konvensiyası” kimi də tanınan Saziş Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına, dəniz ətraf mühitinin mühafizəsi, saxlanması və bərpasına, o cümlədən bioloji sərvətlərinin davamlı və səmərəli istifadəsinə, ətraf mühitə təsirin qiymətləndirilməsinə yönəlib. ![]() Geri qayıt |