Əsas Səhifə > Slayd > Cavid Qurbanov: “Azərbaycan BTQ üzrə sərnişin daşımalarına
Cavid Qurbanov: “Azərbaycan BTQ üzrə sərnişin daşımalarına11-10-2019, 13:13 |
“Azərbaycan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə sərnişin daşımalarına başlamaq üçün qonşu ölkələrə kömək edir”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
“Biz sərnişindaşımaya tam hazırıq. Amma gürcülərin və türklərin qatarları çəkib-aparmağa lokomotivləri yoxdur. Onların əyləc sistemləri ilə bağlı da problemləri var. Biz bu məsələlərdə qonşu ölkələrə kömək etməyə çalışırıq”, - deyə o, qeyd edib.
Geri qayıt |